Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə
29 oktyabr 2026
# 17:30

"Möhtəşəm yüz il: Kösəm" serialında Kösəm Sultan və Sultan Əhməd rolları ilə yadda qalan Beren Saat və Ekin Koç uzun illərdən sonra yenidən eyni layihədə çıxış edəcəklər.

Kulis.az xəbər verir ki, məşhur sənətçilər "Bütün yorğun atlar" adlı filmdə baş rolları canlandıracaqlar.

Film həyat yoldaşını itirən teatr aktrisası Aslı ilə İstanbul sahillərində oğurluq edərək həyatda qalmağa çalışan Qalibin kəsişən hekayəsindən bəhs edir.

Ölüm və azadlıq mövzularını ön plana çıxaran ekran işinin rejissoru Berlində Türkiyəni uğurla təmsil edən Burak Çevik, prodüseri isə İpək Erdendir.

Qeyd edək ki, çəkilişlərin nə vaxt başlayacağı hələ ki açıqlanmayıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər