“Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir təşkil edildi

“Azərbaycan ordusu: Şücaət və qələbə”  adlı tədbir təşkil edildi
26 iyun 2026
# 12:39

Nəriman Nərimanovun xatirə muzeyində “Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Ləman Hüseynova Azərbaycan Silahlı Qüvvələr Gününün yaranma tarixi və keçdiyi qəhrəmanlıq yolu haqda qısa məlumat verib. O qeyd edib ki, tədbirin məqsədi ordumuzun şanlı tarixini təbliğ etmək, vətənimizin ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında göstərdiyi xidmətləri təbliğ etmək və Silahlı Qüvvələrimizin ölkəmizin müstəqilliyi və təhlükəsizliyinin qorunmasındakı rolunu vurğulamaqdır.

Çıxış edən qonaqlar Azərbaycan Ordusunun inkişaf tarixi, dövlətin müdafiə siyasəti və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndələri isə hərbi təhsilin rolu, sərhədlərin qorunması və hərbçi peşəsinin şərəfli missiyası haqqında çıxış ediblər.

Daha sonra kursantların hazırladığı təqdimat nümayiş olunub.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa edilib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər