Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olundu

Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olundu
26 dekabr 2025
# 15:30

"Azərbaycan sənət həftəsi" çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konserti təşkil edilib.

Kulis.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında keçirilən tədbir Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədilə həyata keçirilən layihələrdən danışaraq, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.

Ankara Özəl Yüce Məktəblərinin direktor müavini Ece Ersin çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıqla daha da gücləndiyini bildirib və məktəblərinin bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb.

Proqram çərçivəsində səhnələşdirilən bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və gənc müğənni Uğur Məmmədov Azərbaycan xalq mahnılarını səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin "Zəngəzur" Azərbaycan Xalq Rəqs Ansamblı da milli rəqsləri ifa ediblər.

Konsert proqramında iki ölkənin tarixi dostluğuna dair musiqilər ifa olunub. Tədbir bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.

# 55 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər