500 illik xalça vətəninə qaytarıldı

500 illik xalça vətəninə qaytarıldı
17 iyul 2025
# 16:55

Osmanlı dönəminə aid qədim tarixə malik 500 illik xalça Uşak şəhərinə qaytarılıb.

Kulis.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlamasında 30 ildir itmiş hesab olunan bu xalçanın ölkə xaricində kolleksiyaların birində tapıldığını bildirib.

Uzun səssizlikdən sonra xalça italiyalı Adrian Stefan İoneskunun kolleksiyasında aşkarlanıb.

Qeyd edək ki, kolleksioner bu əsəri dünyadan köçən italyan sənət aşiqi Ermininio Bottinidən satın alıbmış və əsərin Türkiyəyə aid olduğunu biləndən sonra təmənnasız şəkildə Ankara Vəqf Əsərləri Muzeyinə çatdırıb.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

# # #