35 illik roman yenidən diqqət mərkəzində

35 illik roman  yenidən diqqət mərkəzində
19 oktyabr 2026
# 14:20

Tim Vintonun "Bulud küçəsi" romanı ümumxalq sorğusunun nəticələrinə əsasən Avstraliyanın sevimli kitabı seçilib.

Kulis.az xəbər verir ki, “ABC Radio National” radiostansiyasının keçirdiyi səsvermədə birinci yeri tutan əsər 1991-ci ildə nəşr olunub və müharibədən sonrakı Pert şəhərində yaşayan iki fəhlə ailəsinin iyirmi illik həyatından bəhs edir.

Avstraliya ədəbiyyatının əsas romanalrından sayılan əsər nəşr olunduğu dövrdə bir sıra ədəbi mükafatlar qazanıb və ölkənin məktəb proqramlarında uzun müddətdir yer alır. Səsvermədə Markus Zuzakın "Kitab oğrusu" ikinci, Trent Daltonun "Kainatı udan oğlan" əsəri isə üçüncü olub. Siyahıda klassik romanlarla yanaşı, uşaq ədəbiyyatı, qeyri-bədii əsərlər və müasir nəşrlər də yer alıb.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər