“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?
31 oktyabr 2026
# 11:30

“Dune” dünyasına qayıtmağa hazırlaşan tamaşaçılar üçün yeni həyəcan başlayıb.

Kulis.az xəbər verir ki, Denis Vilnövün rejissoru olduğu “Dune: Part Three” filminin final treyleri təqdim edilib.

Ekran əsəri Frenk Herbertin “Dune Messiah” romanı əsasında çəkilib və əvvəlki filmdəki hadisələrdən 17 il sonrasını təsvir edir.

Yeni filmdə Timoti Şalame Pol Atreydes, Zendaya isə Çani obrazına qayıdır. Aktyor heyətində Florens Pyu, Ceyson Mamoa və Robert Pattinson da var.

Əvvəlki filmlərdə Polun hakimiyyətə yüksəlişi və onun ətrafında yaranan dini-siyasi hərəkat ön planda idisə, yeni ekran əsərində bu hakimiyyətin gətirdiyi ağır nəticələrə diqqət yetiriləcək.

Beləliklə, trilogiyanın finalında tamaşaçılar təkcə böyük miqyaslı döyüşlərə deyil, həm də hakimiyyət, inanc və şəxsi məsuliyyət arasındakı ziddiyyətlərə şahid olacaqlar.

Filmin beynəlxalq kinoteatrlarda dekabrın 16-da, Şimali Amerikada isə dekabrın 18-də nümayişi planlaşdırılır.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər