Bu il Fransanın ən nüfuzlu ədəbi mükafatı sayılan "Pri Qonkur"un qalibi fransız yazıçı Loran Movinye olub.
Kulis.az xəbər verir ki, o, “Boş ev” (La Maison vide) adlı romanına görə mükafata layiq görülüb.
Əsər "Edisyon dö minüi" (Éditions de Minuit) nəşriyyatında çap olunub və müharibədən sonrakı Fransada ailə, yaddaş və itki mövzularını dərindən işləyir.
Jüri romanı “sakit, amma dağıdıcı emosional partlayış kimi” qiymətləndirib.
Movinye Emmanyuel Karrer və Nataşa Appanah kimi güclü namizədləri geridə qoyub.
Qeyd edək ki, "Pri Qonkur" 1903-cü ildən bəri Fransa ədəbiyyatında ən prestijli ədəbi mükafat hesab olunur.
"Pri Qonkur" mükafatının qalibi elan olunub