Səyavuş Aslanın xatirəsinə

Səyavuş Aslanın xatirəsinə
28 iyun 2013
# 07:00

Tural Ağarzayev

Yazmaq istəyirdim bu haqda. Artıq neçə ay idi. Yaşar Nuri qəlblərə möhürünü vurub əbədi olaraq göylərə çəkildiyi gündən bəri yazasıydım bu yazını. Adını da fikirləşmişdim: "Qəlblərdə Qalan Yaşar"!

Qismət bu günə imiş. Amma lənət olsun belə qismətə ki, Yaşar haqqında tək yaza bilmədim. Bu gün cənnətin növbəti qonağının adını da ona əlavə etməyə məcburam - Siyavuş Aslanın.

Azərbaycan səhnəsi Siyavuşu da itirdi. Daha da yetimləşdi, daha da solğunlaşdı, tək-tük qalmış ən böyük ulduzlarından biri də həmişəlik söndü. Getdi Siyavuşumuz da. Özündən sonra Qurban dayını, polis rəisini, Dadaşbalanı, Mindillini, Saqqal Ramizi, bazarkom Nadiri, Hacı Kamyabı və teatr səhnəmizi yetim qoydu...

Oynadığı obrazlarla yadda qalmaq, o obraza öz möhürünü vurmaq hər aktyora nəsib olan xoşbəxtlik deyil. Bu iş böyük peşəkarlıq və sənətə bağlılıq tələb edir ki, Siyavuşda bu tələbin öhdəsindən aslanlar kimi gəlirdi.

Bütün rolları kimi bu rolu da yaxşı oynadı Siyavuş. Bu rolu daha dramatik, daha hüznlü idi. Və sonuncu rolunun da öhdəsindən gələ bildi - ağlatdı tamaşaçını.!!!

Bundan sonra da filmlər çəkiləcək, tamaşalar qoyulacaq, amma o filmlərdə, o tamaşalarda Siyavuş nəfəsi, Siyavuş ətri, Siyavuş imzası olmayacaq.

Siyavuş Aslan əvəzolunmaz sənətkar idi. Yaşadığı aktyor taleyini, boynuna götürdüyü aktyor yükünü, estafetini layiqincə daşıdı. Bir zaman Yaşar üçün fikirləşdiyim "Qəlblərdə Qalan Yaşar" kəlməsini bir başa sənədə şamil edirəm sənətkar!

Siyavuş Məmmədağa oğlu Aslanov 1935-ci ildə anadan olub və hələ də yaşayır! Əbədi yaşayacaq!

# 1983 dəfə oxunub

Müəllifin son yazıları

# # #