Rədd olsun "Novruz"

Rədd olsun "Novruz"
23 mart 2014
# 13:25

Hayqırıram

Tural Metesoy

İllərdir ki, hayqırıram
Qara rəngli buludların
üstümüzə gəldiyini
Amma məni nə gördünüz
nə də ki, anladınız
Keçib gedirsiniz sözlərimin üstündən
Əhəmiyyət verməyərək
Dediyim vaxt yetişəndə
Üstünüzə ən ağır qadağalı
Qanunlar qoyulandan sonra
Əgər məni anlayıb
rəhmətlərnizi göndərəcəksinizsə
bilin ki, bunlar mənə lazım deyil
Lazımlı vaxt bugündürsə
sabahı lazımlı bilmək
Lazım deyil.
Vaktikən "tar"a rədd ol deyən
saqqalsız qırmızıların
sələfləri olan
saqqalı yaşıllar
rədd olsun "Novruz"
rədd olsun “maariflərçilər"
“ariflər”
ruhu azad sərbəst kişilər qadınlara rədd olsun
deyirlərsə
dediklərini yavaş-yavaş
sakit-sakit
edirlərsə
bilin ki, dediklərim
o böyük təhlükələr uzaqda deyil
Amma mən yenə də mübarizədəyəm
hayqırıram
nifrətə qarşı sevgilə
Qəzəbə qarşı məhəbbətlə
Hayqırıram
Məni duymasaz da !

# 1737 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #