Kolbasa faciəsi

Kolbasa faciəsi
16 dekabr 2013
# 16:17

Rövşən Şirxanlı

Bu gün çoxlarımız kolbasa məhsullarına maraq göstəririk. Həm adi günlərdə həm də əlamətdar günlərdə süfrələrimizdə kolbasa və kolbasa məhsullarından istifadə olunur. Bu ərzaq məhsulunun tarixinə bir qədər nəzər salaq. Kolbasa müxtəlif ədviyyat, duz, piy qatılmış bağırsaq və ya onun süni əvəzedici içərisində preslənmiş ət farşıdır.

Yarandığı gündən bəri belə olmuşdur. Kolbasa haqqında ilk məlumatlar təxminən V əsrdə Çin, Hindistan, Babil və yunan mənbələrində rast gəlmək mümkündür. Avropada ilk dəfə kolbasanı yunanlar ixtira ediblər. Sonra onun istehsalı yunanlardan romalılara keçib.

Bu gündə kolbasa əksəriyyət tərəfindən bəyənilən və arzulanan ərzaq məhsuludur. Vaxtilə kolbasa bütün dövrlərdə mürəkkəb hazırlanma reseptinə malik delikates olub. Bu səbəbdən kolbasanın miqdarı az qiyməti yüksək olurdu.

Vaxtilə bizim eramızda yunan alimi Epixarm “Kolbasa” adlı komediya yazıb. Almanlar-avstriyalılar kolbasa hazırlanmasında mahir ustalar hesab olunurlar. Kolbasa və sosis növlərinin bu cür rəngarəngliyi dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil.

Dünyanın demək olar ki, əksər ölkələrində kolbasa və sosis istehsal olunsa da Avstriya paytaxtı Vyana və Almaniyanın Frankfurt şəhəri bu günədək sosislərin vətəni hesab etmək olar.

# 2383 dəfə oxunub

Müəllifin son yazıları

# # #