Səhv və cinayət

Səhv və cinayət
29 mart 2017
# 13:13

Hikmət Cəfərli

Bu gün maraqlı bir kinoya baxdım. Səhv etmirəmsə adı “XAKER” idi. Kinoda deyilirdi ki, narkotik çəkən səhv, satan isə cinayət edir.

Uşaq vaxtı Rəşidin atası iş yerini dəyişdiyi üçün onu, oxuduğu məktəbdən çıxarıb digər məktəbə qoymalı idi. Rəşidin 1 saylıda yaxşı dostları (baxça yoldaşları) var idi. Buna görə onun sevincini olimpiya medalı alan idmançıda belə görmək mümükün deyildi. Lakin axşam işdən evə gələn atası onu 3 saylı məktəbə qoyacağını deyəndə Rəşidin bütün sevinci öz yerini bu yaşa qədər ömründə baş verən ən böyük üzüntüyə verdi. Atasnının zəhmi, kəskin baxışları onu elə hala salmışdı ki, 13 yaşında uşaq sanki adam öldürdüyünü gizlədir. Amma Rəşid özü br başa sual verə bilməsə belə anası vasitəsi ilə atasından 1 saylıda oxumamasının səbəblərini öyrənə bilmişdi. Bu gündən Rəşidin gələcək həyat üçün olan baxışları dəyişmişdi. Rəşid artıq özünü hüquqşünas yox psixoloq görmək istəyirdi. Onun bu arzuları illər keçdikdə daha da dərinləşir və qəbul imtahanında maksimum balı yığsa belə özünü görmək istədiyi yerə psixologiya faklütəsinə atmışdı. Daha sonra ixtisasa marağı onu bu işin bir başa tibbi sahəsi ilə maraqlı olmağa vadar edirdi. İndi onun arzuları daha da böyümüş və 4 illik psixologiya təhsilinin ardından 4 il bakalavr və 2 il rezedentura olmaqla tibbi təhsil alaraq həm Ərazi Narkoloji Dispanserinin müdiri, həm də, Ekspertiza Mərkəsində tibbi ekspert vəzifəsinə qədər yüksəltmişdi.

İşlədiyi 14 ildə heç evlənməyə belə vaxt tapmayan insanın cəmi bircə dəfə düşünməyə vaxtı olmuşdu. Düşünürdü ki, atasının etdikləri, əməl olaraq cinayət (böhtan), mənəvi olaraq isə böyük səhv (böyük zərbə idi, ən azı onun üçün). Hüquqşünas kimi polis olsa atasını əməllicə sıxar, prokuror olsa onu güclü ittiham edər, hakim olsa onu dəmir barmaqlıqların arxasına istirahətə göndərərdi. Bu onun atasını sevib-sevməməsi ilə bağlı deyildi. Onun üçün bütün bu olanlarla bağlı səbəb və nəticələrdə bircə bağlılıq var idi, heç bir məktəbdə yeddinci sinfə keçə uşaqların əksəriyyəti narkoman ola bilməzdi...

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #