Kimdir fahişə?

Kimdir fahişə?
19 iyun 2013
# 13:59

Bu məmləkətdə kimsə qısa paltar geyinirsə, fahişədir..

Yolda üz-üzə gəldiyin qadın gözlərinə baxdısa, xoşu gəlib səndən, fahişədir..

Restoranda işləyən qadın fahişədir..

Evə gec gələn qadın fahişədir..

Siqaret çəkən qadın fahişədir..

Bir qızın sevib ayrıldığı olubsa, fahişədir..

Bunun nişanı qayıdıb, fahişədir..

Ərindən boşanıbsa, fahişədir..

Bu çox insanın sahib olduğu bir düşüncədir.. Ancaq, fahişəlik bu deyil..

Əsl fahişəlik tanımadığın birini, hansısa bir əlamətinə görə alçaltmaqdır..

Bu məmləkətin insanları fahişəni başlarına mindirəcək qədər alçaq, yaxşı qızı əxlaqsız etmək istəyəcək qədər fahişədir..

# 2562 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #