Allahın əl işi

Allahın əl işi
18 aprel 2016
# 13:51

Dunay Osmanlı

Qaranlıq gecə və sükutu pozmayaraq pəncərəyə yaxınlaşan mən. Əlimdəki isti çayın pəncərəni buxarlandırması diqqətimi çəkir. Göydəki ulduzları görməyə mane olan buxarı yavaşca silib ulduzlara baxıram. Sanki onları sonsuzdurlar, sanki heç durmadan parıldayırlar. Sanki onlar səhərin açılmasını istəmirlər.

Əlimdəki çayın soyuduğunu fərq edirəm. Çayı ehtiyatla pəncərənin qabağına qoyuram.

Məncə, göy üzü ən yaxşı mənzərədi.

Saatlarla bu mənzərəyə baxıb dincəlmək olar.

Mən gündüzlər də göy üzünə baxmaqdan doymuram. Sevdiyim səma rənginin buludlara necə yaraşdığına baxıram. Heç durmadan, bezmədən, sıxılmadan izləyirəm göy üzünü. Hər fəslini, gecəsini, gündüzünü, doğan ya batan günəşini seyr etmək təmizləyir zehnimi.

Məncə, hər şeydən təmiz, gözəl mənzərədi göy üzü.

Dünyanın ən gözəl möcüzəsidi.

Gözəl bir rəssamın yaratdığı ən gözəl tablodu.

Allahın əl işi!

# 1068 dəfə oxunub

Müəllifin son yazıları

# # #