Kəpənək ömrü

Kəpənək ömrü
26 fevral 2018
# 15:04

Leyla Baycan

Təzə çıxmışam Baramamdan.

Günəşin istisini, güllərin ətrini hiss edirəm.

Bu gün kəpənək olacam mən. Böyük rəngli qanadlarım var .

Əvvəlki hamının eybəcər sandığı tırtıl deyiləm daha.

Uçuram yeni çiçəkləmiş ağac budaqlarının arasından, qonuram özünü günəşə bənzədən, buna görədə hərzaman qürurla günəşlə baxışan günəbaxan çiçəklərinə.

Sapsarı tozcuqların üzərində gəzirəm. Arıların toplandığı təzə çiçəkləmiş alça ağacına doğru qanadlanıram, rəqs edirəm çiçəklərlə..

Balaca uşaqlarla oynayıram indi, arxamca qaçırlar ,nədənsə çox həyəcanlıdırlar,dincəlmələri üçün bir çobanyastığının ləçəyinə qonuram.

Uşaqlar yavaşca mənə yaxınlaşırlar, mənsə qanadlarımı oynadıram, İnsanlar üçün balaca mənim üçün yetəri qədər böyük olan əllərini üstümə gətirirlər, mən isə cəld uçmağa başlayıram amma artıq gecdir. Uçduqca qanadımın zədələndiyin hiss edirəm.

Onlar elə hey arxamca qaçırlar. Yağış başladı, bu mənim üçün yaxşı hal deyil, bəlkədə yaxşıdı çünki uşaqlar artıq arxamca qaçmırlar..Yağış nə qədər narın yağsada incidir məni. Qanadlarım ağırlaşır, yavaş-yavaş yol kənarındaki daşların dibinə düşürəm.

Axı bu gün mənim üçün çox önəmlidir,hələ toxunmadığım nə qədər gül ləçəkləri, görmədiyim ağaclar, birlikdə qanadlanmadığım kəpənəklər var..Bu nə talehsizlikdirki bir günlük ömrümü doya-doya yaşamadım…

Onsuz da bu qısacıq ömrümdə heç vaxt bilməyəcəyəm ki günəbaxan çiçəklərinin sonu necə olur, heç vaxt bilməyəcəmki oynadığım uşaqlar yeni gün açılanda məni axtaracaqlarmı.

Amma sonumu təxmin edirəm bir günlük ömrüm də olsa öz əcəlimlə ölməyəcəm..Ya hansısa bir sərçənin öz balalarına apardığı yem, ya küləyin aparıb tora saldığı hörümçəyin şam yeməyi yadaki hansısa insan oğlunun səhvən tapdaladığı Kəpənək olacağam..

…Kəpənək öldü..Daşların arasına yığılmış suda boğularaq ama sonu fərqli oldu.. Balaca bir əl onu daşların arasından çıxardaraq, günəbaxanın dibində basdırdı..Bir-iki damla göz yaşı tökdü…

Torpağın üzərində hərəkət edən kölgələri gördükdən sonra, başını qaldıraraq, dolmuş yaşıl gözləriynən göyə baxdı, körpənin başının üstündə yüzlərlə kəpənək uçuşurdu..

Kəpənək onu incidəcək həqiqətləri bilmədən öldü, “bir kəpənəyi incidə biləcək həqiqət nə ola bilər ki?” soruşsanız; dünən qonduğu çiçəklərin,yeni gündə solmuş olduğunu görmək, məsələn..

Bir kitabda dediyi kimi "Mən xoşbəxt bir kəpənəyəm, yaşasamda ölsəmdə"...

# 2702 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #