“Əsgər atası”nın rejissoru vəfat edib

“Əsgər atası”nın rejissoru vəfat edib
4 may 2015
# 09:37

Gürcü rejissoru Rezo Çxeidze 88 yaşında vəfat edib. Kulis Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə rejissor dünən axşam dünyasını dəyişib.

Rezo Çxeidze “Əsgər atası”, “Bizim həyət”, “Don Kixot və Sançonun həyatı”, “Tsxnetidən olan Mayya” kimi filmlərini çəkib.

Çxeidze Gürcüstanın və SSRİ-nin xalq artisti fəxri adlarına layiq görülüb. Lenin mükafatı laureatı da olan rejissor 1991-ci ildə bundan imtina edib.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #