İnsan siqaret kimi

İnsan siqaret kimi
13 may 2013
# 13:23

Tural Ağarzayev

Siqaretlər...insanlar

Külqabıda iki siqaret var. Biri artıq çəkilmiş, ömrünü başa vurmuş və sönmüş...İkinci siqaretsə dodaqlar arasından indicə çıxıb, kötüyü də yaşdır hələ... Və beləcə yanır, aram-aram tüstülənir, tüstüləndikcə azalır, əriyir, sona yaxınlaşır... Bir azdan o da birinci siqaretə qovuşacaq, öləziyəcək və tamam sönəcək...

Kənardasa bir siqaret qutusu durur. İçində hələ çəkilməmiş siqaretlər öz talelərini gözləyirlər. Kimisi bu gün çəkiləcək, bəzisini isə sahibi bəlkə sabahkı günə saxladı və beləcə ömürlərini uzatdı. Amma bir gün mütləq onlarda çəkilib qurtaracaq, mütləq!!!

İnsanlar da lap siqaret kimidir...doğulursan, yaşayırsan, həyatının ən çılğın, ən dinamik ən alovlu vaxtları olur və növbən çatır, sən də yavaş-yavaş öləziyirsən, işığın azalır, taqətin tükənir, vaxtın daralır. Sonda külqabıda qalaqlanmış sönük siqaret kötükləri kimi səndə bu həyatda öz missiyanı başa vurursan.

...Və beləcə bir insan ömrü sona çatır. Amma qarşıda hələ həyat qutusunda öz taleyini gözləyən siqaret-insanlar var.

# 2339 dəfə oxunub

Oxşar xəbərlər

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
#
#
# # #