Adım Xocalı

Adım Xocalı
26 fevral 2013
# 10:06

Günay Novruz

“Mən Xocalı”

Mənim adım “Xocalı”-dı,

Azərilərin yurduyam Mən.

Bir ovuc torpağam,

Bir içim su,

Dörd tərəfi dağam.

Tarixin üzük qaşıyam,

Ululara baş daşıyam.

Mən bilgilərin mənbəyi,

Xocayam, xocalıyam.

Xan qalasıyam,

Əsgəran adında...

- Qarabağın öz balasıyam

Azərbaycan torpağında.

Qocalar məni dadmış,

Min nemətin özüyəm mən,

Ağız dadı getməmiş,

Hələ də söhbət, sözəm mən.

Onların xoş günlərinin şahidiyəm...

- Mən Xocalı,

Körpü, Körpü, yol, yol qalan

Tarixiyəm mən Xocalı.

İndi havalarda gəzib...

- uçur dəmir qanadlarım.

Mənim olan bu torpağın,

Hər qarışı yenə mənim.

Mən əkmişəm,

Mən biçmişəm,

Mən tikmişəm...

dəbdəbəni

Sahibiyəm Mən Xocalı.

# 1398 dəfə oxunub

Oxşar xəbərlər

Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi

16:00 21 sentyabr 2023
95 yaşlı Xalq rəssamı:  “Birinci dəfədir ki, belə nazir görürəm”  - MÜSAHİBƏ

95 yaşlı Xalq rəssamı: “Birinci dəfədir ki, belə nazir görürəm” - MÜSAHİBƏ

16:35 13 sentyabr 2023
Sirr - Sabir Etibarlı

Sirr - Sabir Etibarlı

14:50 11 sentyabr 2023
Xəbərlər - Şamil Həsənov

Xəbərlər - Şamil Həsənov

10:34 5 sentyabr 2023
Acınacaqlı ölüm - Feyruz Muradovun hekayəsi

Acınacaqlı ölüm - Feyruz Muradovun hekayəsi

13:35 1 sentyabr 2023
"Dodağım yalanların magistral yoludur"  - Nemət Kamrandan yeni şeirlər

"Dodağım yalanların magistral yoludur" - Nemət Kamrandan yeni şeirlər

13:00 26 avqust 2023
# # #