Lokarno kinofestivalının qalibləri açıqlandı

Lokarno kinofestivalının qalibləri açıqlandı
19 avqust 2013
# 13:26

İsveçrənin Lokarno şəhərində təşkil olunmuş beynəlxalq kinofestivalının qalibləri məlum olub. Kulis.Az-ın verdiyi xəbərə görə əsas priz - "Qızıl leopard"ı ispaniyalı rejissor Alberto Serranın "Historia de la meva mort" (“Mənim ölümümün tarixi”) filmi qazanıb.

Filmdə Kazanova və Drakulanın görüşündən bəhs olunur. Alberto Serranın sözlərinə görə, filmdə "dəhşətin gözəlliyi və gözəlliyin dəhşətlərindən" danışılır.

Münsiflər heyətinin xüsusi mükafatını portuqaliyalı rejissor Xoakim Pintonun (Joaquim Pinto) "E Agora? Lembra-me" ("Bəs indi? Məni yadda saxla") filmi alıb.

"Bizim Sunxi" filminə görə Cənubi Koreyadan olan Xon San Su ən yaxşı rejissor nominasiyasında qalib olub.

Aktyor ustalığı nominasiyasında mükafatları münsiflər tərəfindən xüsusi qeyd olunmuş "Short Term 12" və “El Mudo” filmindəki rollarına görə müvafiq olaraq amerikalı aktrisa Bri Larson və perulu aktyor Fernando Baziliyo alıb.

Lokarno kinofestivalında rejissoru və ssenari müəllifləri Elvin Adigözəl və Rüfət Həsənov olan “Buqələmun” filmi festivalın əsas müsabiqəsində yarışırdı.

Avqustun 7-dən 17-ə kimi keçirilən kinofestivalın əsas prizlərinə 20 film təqdim edilmişdi. Festivalın münsiflər heyətinə filippinli rejissor Lav Diaz rəhbərlik edirdi.

2013-cü ildə dünyanın ən prestijli festivalları siyahısına daxil olan Lokarno kinofestivalı 66-cı dəfə keçirilir. 2012-ci ildə "Qızıl leopard"ı fransalı rejissor Jan-Klod Brissonun filmi almışdı.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər