“Tağıyev: Neft” filminin Hollivudda təqdimatı keçirildi

“Tağıyev: Neft”  filminin Hollivudda təqdimatı keçirildi
10 dekabr 2025
# 13:57

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filminin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, film Şəhərin kino mütəxəssislərin toplaşdığı tanınmış məkanlarından biri olan “Ross House”da Hollivudun film sənayesi nümayəndələri üçün nümayiş etdirilib.

Qeyd edilib ki, 100-dən çox qonağın iştirak etdiyi tədbirdə film nümayişindən sonra filmin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası təşkil olunub.

Bu tədbir “Tağıyev” filminin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycan kinosunun dünyada daha geniş auditoriyaya çatdırılması üçün atılmış növbəti uğurlu addımdır.

Xatırladaq ki, “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib. Kino Sənəti və Elmləri Akademiyası (“Oscar”) “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyası üzrə qısa siyahını 2025-ci il dekabrın 16-da, əsas nominasiyaları isə 2026-cı il yanvarın 15-də elan edəcək. Mükafatlandırma mərasimi isə 2026-cı il martın 15-də Los-Anceles şəhərində baş tutacaq.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” filmi güclü yaradıcı komandanın birgə əməyinin nəticəsidir. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, rəssam Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.

Filmdəki tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti canlandırıb.

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

13:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər