Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
30 iyul 2026
# 10:20

Kino Agentliyi tərəfindən Azərbaycan Kinosu Günü münasibətilə “Ulduzların işığında” ümumi adı altında Bakıda və digər şəhərlərdə milli kinomuza həsr olunmuş müxtəlif formatlı silsilə tədbirlər keçiriləcək.

Kulis.az xəbər verir ki, iyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar fəaliyyət göstərən təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilən ekran əsərləri izləyicilərə təqdim olunacaq.

Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. Kino Agentliyi və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi reallaşacaq.

Eyni zamanda, regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin kinosevərlər üçün nümayişi təşkil olunacaq.

Azərbaycan Kinosu Günü münasibətilə, həmçinin televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb.

Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.

Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.

# 83 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
Cem Yılmazın yeni serialından ilk fotolar

Cem Yılmazın yeni serialından ilk fotolar

12:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər