“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlandı

“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə”  sənədli filminin ilk bölümü yayımlandı
3 aprel 2026
# 17:34

Türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini özündə əks etdirən TurkDiscovery YouTube platforması maarifləndirici missiyasını yutub üzərindən genişləndirir.

Kulis.az xəbər verir ki, platforma nəsillərarası körpü rolunu oynayaraq, türk ruhunun əbədi izlərini izləyicilərə təqdim edir.

Fondun maariflən dirici missiyası çərçivəsində ərsəyə gələn “Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü artıq yayımdadır. Layihənin əsas məqsədi Türk dünyasının geniş coğrafiyasında yer alan petroqliflər, damğalar və runik əlifbalar vasitəsilə Türk dünyasının ortaq tarixi yaddaşını vizuallaşdırmaqdır. Film, minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir.

“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü Azərbaycanın Xəzər sahillərindən Qarabağ düzlərinə qədər uzanan geniş bir coğrafiyada türk izlərinin elmi və mədəni mənzərəsini canlandırır. Müxtəlif qədimi məkanlarda aparılan ekran əsəri, türk xalqlarının ortaq "pasportu" sayılan tamğaların sirrini açır.

Filmdə türk tayfalarının (Kayılı, Əfşar, Səlcuq, Qıpçaq və s.) daş yaddaşına həkk olunmuş nişanələri kimi bir çox mühüm mövzu mütəxəssis rəyləri ilə izah olunur. Bu layihə Azərbaycan ərazisindəki qədim petroqliflərin, kurqanların və daş balbalların Altaydan Anadoluya qədər uzanan böyük Türk dünyasının vahid mədəniyyət kodunun ayrılmaz tərkib hissəsi olduğunu sübut edir.

# 1301 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər