Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı
29 iyul 2026
# 17:00

Azərbaycan Respublikasının Kino Agentliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası Azərbaycan Kinosu Günü münasibətilə xüsusi kino axşamı təqdim edəcək.

Kulis.az xəbər verir ki, tədbir avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında keçiriləcək.

Bakı şəhərinin mədəni xəritəsinin əsas cəlbedici nöqtələrindən və milli kino tariximizin formalaşdığı əsas məkanlardan biri olan kinostudiya bu dəfə tamaşaçılara kino sənəti ilə yalnız ekran vasitəsilə deyil, filmlərin yaradıldığı real mühitdə tanış olmaq imkanı yaradacaq. Bir axşamda Azərbaycan kinosunun keçmişi, bu günü, real çəkiliş prosesi, vizual sənət və musiqi eyni məkanda bir araya gələcək.

Zəngin proqram çərçivəsində qonaqlar kinostudiya ərazisində təşkil olunacaq turda iştirak edə, real çəkiliş prosesini yerində izləyə və xüsusi divar rəsminin təqdimatına şahidlik edə biləcəklər. Axşam boyunca sevilən “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi təşkil olunacaq.

Tədbirdə iştirak ödənişsizdir, lakin yerlər məhdud olduğuna görə əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

# 430 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər