Azərbaycanlı snayperçidən film çəkilir

Azərbaycanlı snayperçidən film çəkilir
22 fevral 2021
# 09:57

Özbəkistanda atası azərbaycanlı, anası özbək qızı olan, İkinci Dünya müharibəsində snayperçi kimi ad çıxaran Ziba Qəniyeva haqqında bədii film çəkiləcək.

“Özbəkkino” Milli Agentliyində filmin çəkilişlərinə hazırlıq işləri başlayıb, ekran əsəri Daşkənd vilayətində və Belorusda lentə alınacaq.

Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda doğulub. Onun ailəsi ötən əsrin 30-cu illərində repressiyaya məruz qalıb. Bu bacarıqlı qızın istedadını görüb onu Özbəkistan Dövlət Filarmoniyasının xoreoqrafiya bölməsinə işə qəbul ediblər.

Ziba Qəniyevanın aktyorluq bacarığını görən filarmoniya rəhbərliyi onu A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna göndərməyi təklif edir. Beləliklə o,1940-cı ildə instituta qəbul olunur. Ancaq faşist Almaniyasının SSRİ-yə hücumu və 1941-ci ilin payızında düşmənin Moskvaya yaxınlaşması planları dəyişir və 17 yaşlı Ziba Qəniyeva rəfiqələri ilə birgə könüllü olaraq 3-cü Moskva Kommunist diviziyasına yazılır, müharibədə snayperçi kimi ad qazanır.

Müharibədən sonra Ziba Qəniyeva “Qırmızı Döyüş Bayrağ”ı, “Qızıl Ulduz” ordenləri, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib və veteran kimi Azərbaycana qayıdıb, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul edilib. Universiteti əla qiymətlərlə bitirib və aspiranturaya qəbul olunub.

Ziba Qəniyeva bir müddət Bakı Ali Partiya Məktəbində müəllim, Dil və Ədəbiyyat kafedrasının müdiri işləyib. Sonra isə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. 1970-ci illərdə Ziba Qəniyeva SSRİ-də istedadlı filoloq-alim kimi tanınıb, məqalələri SSRİ-nin aparıcı qəzet və jurnallarında çap edilib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib. /AzərTAC/

# 4857 dəfə oxunub

Oxşar xəbərlər

Ölməzdən əvvəl mütləq izləməli olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq izləməli olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı

“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

14:00 6 iyul 2026
"Polis müharibələri"nin aktyoru vəfat etdi

"Polis müharibələri"nin aktyoru vəfat etdi

12:00 6 iyul 2026
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 4 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər