Hüseynbala Səlimov: Kiçik büdcəli filmlər daha çox uğur qazanır - KÖŞƏ YAZISI

Hüseynbala Səlimov: Kiçik büdcəli filmlər daha çox uğur qazanır - KÖŞƏ YAZISI
26 may 2011
# 12:00
Türk rejissorunun filmi Kannda ikinci mükafat aldı. Amma nə təəssüflər, türk telekanalları belə filmləri göstərmir, bizi “soap opera”larla lap bezikdirirlər. Maraqlı nədir? Kino böyük industriyaya çevrilsə də kiçik büdcəli filmlər hələ mükafat almaqda və mövqelərini qorumaqda davam edirlər. Bizimkilərdən soruşanda, bəs bizim filmlər niyə böyük festivallarda mükafat almır, cavabı bu olur ki, böyük kino böyük xərclər tələb edir. Əslində isə belə deyil. Kiçik büdcəli filmlər, artıq qeyd etdiyim kimi, daha çox priz qazanır, nəinki böyük xərclər hesabına başa gələn filmlər...

Kinodan söz düşdü. Bir detalı da qeyd edim. Bu həftə də “Həqiqətlər və müəmmalar” verilişinin yaradıcısı, məşhur rejissor və prodüsser L.Nikolayev vəfat etdi. Ixtisasca fizik, elmlər namizədi və rejissor, elmi-kütləvi filmlərin və verilişlərin müəllifi. Rejissorlar bir az qəribə adam olurlar, onların arasında, hətta Fizika-Texnika Institutunu, elə fiziklər arasındaca “fiztex” adlanan ali məktəbi bitirənlər də var. Yəqin, kino fizikadan da cazibəlidir, öz cazibəsilə adamı çəkir. Mən bilmirəm, bizim bu hakimiyyət kinoya niyə diqqət yetirmir?!
Bilirsiniz, idman, mahnı yaxşıdır və inkişaf etməlidir, amma kino heç də bunlardan az şöhrət gətirmir. Tanınmış film öz ölkəsinə elə olimpiada qədər şöhrət gətirir. Kino sevdirir, düşüncəyə sövq edir, düşündürür. Əsl kino ölkə və cəmiyyət haqda təsəvvürlər yaradır və cəmiyyətin yüksək elitasının hansı problemlər üzərində düşündüyünə bir aydınlıq gətirir. Əslində böyük kinonu yaratmaq üçün bütün imkanımız var.

Bəs problem nədədir? Aktyorlar deyir, güclü ssenarilər yoxdur. Rejissorlar buyurur ki, aktyorlar zəifdir. Prodüsserlər deyir ki, büdcə yoxdur. Beləcə bu məsələyə aydınlıq gəlmir. Müqayisə üçün deyim ki, Iran filmləri artıq dünya festivallarına yol tapıb, rejissorları tanıyır, filmləri bəyənirlər. Amma təəssüf, bir çox rejissorların filmləri festivallara gizli yolla aparılır, onlar özləri indilər həbsdədirlər. Bəli, dünyanın mədəni kəsiminin bu problemi də var. Yaradıcı insan üçün əslində heç nə maneə deyil, o bütün maneələri dəf edə bilir və yol tapa bilir. Sadəcə, sənət vurğunluq tələb edir, lap açığını desək, qurban tələb edir. Kim buna hazırdırsa, o, nəticə əldə edir, kim hazır deyilsə, həmişə yerində sayır... Əgər rejim sənətə, mədəniyyətə yardım etmirsə, onun özünü mədəniyyətin və sənətin personajına çevirimək lazımdır, elə iranlı rejissorlar kimi...


“Azadlıq” qəzeti
# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

15:00 6 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:37 6 iyun 2026
Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

17:30 5 iyun 2026
"2 Aile Arasında"  filminin nümayiş tarixi açıqlandı

"2 Aile Arasında" filminin nümayiş tarixi açıqlandı

12:00 5 iyun 2026
"Matrix"in ulduzu "Harri Potter" serialında

"Matrix"in ulduzu "Harri Potter" serialında

10:30 5 iyun 2026
Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

15:40 4 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər