Bollivud Kanna gəldi

Bollivud Kanna gəldi
2 may 2011
# 12:23
“Bollivud – dünyanın ən möhtəşəm sevgi nağılı” ..

Bu, Şekhar Kapurun məxsusi olaraq Kann festivalı üçün istehsal etdiyi filmin adıdır və o, festivalın müsabiqədənkənar proqramı çərçivəsində nümayiş olunacaq.

Filmin ideyası 2010-cu ildə Kannda münsiflər heyətinin üzvü olmuş Şekhar Kapurla söhbət zamanı meydana çıxıb: “Bəlkə hind musiqili filmlərindən ən gözəl kadrların bir yerə toplandığı ekran əsəri yaradasınız?”. Bu sualdan bir neçə ay sonra “Bollivud – dünyanın ən möhtəşəm sevgi nağılı” (rejissorlar Rakeiş Omprakaş Mehra və Cef Zimbalist) filmi artıq hazır olub.

Prodüser Şekxar Kapur, rejissorlar Rakeiş Omprakaş Mehra və Cef Zimbalist bu nəfəskəsici, virtuoz montaj məhsulu ilə dünya ictimaiyyətinin gözündə Hindistanın vacib milli xüsusiyyətinə çevrilmiş, Bombeyi dünya kinosunun paytaxtlarından biri eləmiş janra- musiqili kinoya borclarını ödəyirlər.

“Biz onu sevirik. Ona nifrət eləyirik. Onu keçmişin qalığı hesab eləyirik. Onu müasir hesab eləyirik. O, bizə hava kimi vacibdi. Bəziləri deyirlər ki, o- hind xalqını birləşdirən yeganə şeydi. Başqaları deyirlər ki, o- öz ölkəsindən getmiş 25 milyon hindlinin fərqləndirici xüsusiyyəti, əlamətidi. Onların nəvə - nəticələri hələ də ona meyl edirlər. Bir sözlə, o – Bollivuddur!”


Aygün Aslanlı
# 1984 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı

"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı

18:10 23 oktyabr 2025
Azərbaycanın ilk qadın gəmi kapitanına  həsr olunan film təqdim edildi

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunan film təqdim edildi

12:01 23 oktyabr 2025
"Həbsdən qaçış"  yenidən yayımlanacaq

"Həbsdən qaçış" yenidən yayımlanacaq

10:43 23 oktyabr 2025
"DokuBaku"nun  qalibləri mükafatlandırıldı

"DokuBaku"nun qalibləri mükafatlandırıldı

13:51 22 oktyabr 2025
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

17:19 20 oktyabr 2025
Səssiz filmlərdən rəqəmsal dövrə... - Dublyaj sənəti hansı tarixi yolu keçib?

Səssiz filmlərdən rəqəmsal dövrə... - Dublyaj sənəti hansı tarixi yolu keçib?

16:30 18 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər