Sinəndə minarələr...

Sinəndə minarələr...
30 iyul 2014
# 10:15

Kulis.Az gənc şair Emin pirinin yeni şeirlərini təqdim edir

Gecə nəğməsi

Qəfil qapı açılar...

qoynundan bir cüt ay doğar,

aydınladar gecəmi.

Otaqdakı şam da

ehtiraslı od içində

sağa çönər, sola qıvrılar,

görüb ay kimi parlaq mərmərini

öz işığından utanar, sönər.

Ürəyim yerindən qopar

bir quştək qonar

göz qapaqlarına.

Əllərim qağayılar kimi

baş vurar

dalğadan-dalğaya

tellərinin dənizində.

Dodaqlarım sirr axtarar

çəhrayı rəngə boyanan bənizində.

dodaqlarımız arasındakı

bir udumluq havanı

yarı-yarıya udarıq.

Səyyah olaram məbədində

yetişməmiş göyəmlər

hədiyyəm olar boynuna

aldığım hər öpüşün əvəzində.

Dodaqların çiyələk kimi

dərilər

asta-asta,

incə-incə,

sanki qırılıb

düşə bilər

ləçək-ləçək

təzə açmış çiçək kimi.

Dillərimizin yerini dəyişərik

Ağzımızda "fransızca”.

Sinənə kim tikib minarələri,

bir cüt atəşgah

alovlandırram günbəzlərində.

barmaqlarım pərvanə kimi

dolanar alovuna.

əllərim alıb odunu

soyudar ovuclarında.

Almaların gah ağzımı,

gah da əlimi aldadar.

Barmaqlarım dil açar bədənində

fortepiano kimi

çalar ehtirasın nəğməsini.

dodaqlarım oxuyar,

oxuyar minarələrdən

eşqdən ölməyə çağıran

sonsuz istəyin himnini.

Hərdən əlimdən alıb

barmaqlarımı yamsılayar dodaqlarım.

Əmzikli uşağa çevrilərəm

laylaya dönər sərxoş "ah"ların-

daşlara yazırmış kimi

sevgidən doğulan günahları.

bu gecə yaman susamışam

dişlərim kilsə zənglərini çalır

minarələrdə.

Ağzımda dən varmış kimi

məmələrin göyərçintək

qonar dodaqlarıma.

Azadlığı amansızca

pozur əllərim

həbs et,

qandalla onları döşlərinə.

Titrəyən qoşa yarpaq arasında

göz vurar sulanmış şaftalın.

yoldan çıxarar,

öz yoluna çağırar.

Mənim ağır artilleriyam

hazırdı top atəşinə,

daram çəkilib təkərləri,

mərmiləri lüləsində...

Dağılar ardıcıl hücumlardan

açar qapılarını qala divarların

topumun ilk atəşiylə...

Hərdən tez-tez

hərdən daha sərt,

hərdən aram-aram

döyər qapılarını...

Dünyanın ən şirin əzabından

kürəyimdə çəkdiyin rəsm -

qartal cırmağı.

Yüklənib hər iki çiynim

solum da, sağım da

bu dəfə nə mələklərlə

nə savab, nə günahlarla.

çarpaz atılmış ayaqlarınla.

Yatağın həzin cırıltısı

oyadar ağaclarda

yatmış sərçə balasını.

Yorularsan tavana baxmaqdan

çevrilərsən

titrəyən bədəninin kölgəsi

ay işığında sığallayar döşəməni.

Ekvator xətlərimiz çarpaz qovuşarkən

şəlaləyə dönər bədənin

ölçərsən

otağın hündürlüyünü.

Ah...

belimdən hiss edirəm,

vulkan partlayışı olacaq

indi..

elə indicə...

duyursanmı artıq,

qanındakı lavamı?!

Topumun lüləsi əyilər,

sənin xoşbəxtlik yağışın

yağar,

axar

yatağa...

...Pəncərəmdən günəş boylanar

boylanar, həm də qızarar,

Utanar axı...

# 4099 dəfə oxunub

Müəllifin son yazıları

# # #