Çarmıx, İsanın ən güvəndiyi adamdı – FƏRİD HÜSEYNİN YENİ ŞEİRLƏRİ

Çarmıx, İsanın ən güvəndiyi adamdı – FƏRİD HÜSEYNİN YENİ ŞEİRLƏRİ
29 iyun 2016
# 10:56

Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

“Səfər şeirləri” silsiləsi – Sankt-Peterburq

XİLASKAR QAN KİLƏSƏSİNDƏ

Bəlkə də hər təzə heykəllə

üst-üstə vurulan taxtayla

bir də çəkilir çarmıxa İsa.

Və kilsədə bu qədər insan ömrü

səcdədə keçir - əzəli günahlarına.

Bəlkə də yandırılan hər şamla

hər kəs öz günahlarına işıq salır.

Bəlkə də

hər kilsə zəngiylə vaxt daralır.

Çarmıx, çarpaz taxtalar deyil,

İsanın hicrət elədiyi yerin adıdı -

çünki

qanla suvarılmış yer qalmamışdı ölməyə.

Çarmıx, İsanın ən güvəndiyi adamdı –

bir kimsəsi yox idi kürək söykəməyə…

FİKİR YORĞUNUNUN DEDİKLƏRİ

Kilsələrin üstündəki xaçlar
bənzəyir dinə sancılmış qılınca.
Qürbətdə yada düşən dərdlərim,
könlümü incidir, bağrımı sökür -
Bakı vaxtıyla - öz saatımızla...

Bu döyüş meydanı dünyada

“İbadət edən silahlar”ın səsindən,
tutulub, kardır qulaqlarımız.
Burda kilsə zəngiylə döyülür yerə,
əcələ tələsən "əsgər ayaqları"mız...

İnsafdırmı, görəsən,

faniliyinin haqqını əbədiyyətlə ödəyirik –

cənnətlə, cəhənnəmlə.

əbədi zülmlə, əbədi xoşbəxtliklə -
Ayaq üstə yaşamaqdır sonucu qələbəmiz -
bizi torpağa çəkən dünyada - çəliklə.

ALEKSANDR NEVSKİ KÖRPÜSÜNDƏ

Artıq qum dənəsindən də çoxdur

anbaan çəkilən şəkillər.

Yaşatmaq istədiyimiz anlar

öz əlimizdəcə ölürlər.

Bu dünyada bir ömrü boyu

gözəl yaşamaq çətindir deyə

çəkdirdiyimiz şəkillərdə

bircə an gözəl olmağa çalışırıq.

Hər şəkildə gülümsəyə-gülümsəyə

ölümlə barışırıq.

Bir azdan açılacaq körpü,

əvvəl yük,

sonra sərnişin

gəmiləri görünəcək.

Sanki öndə qalaqlanmış günahlar,

arxada günahkarlar yürüyəcək.

Yaşadıqca insan ömür sarvanından,

günah karvanının dəvəsinə çevrilir.

Və bu səfərdə bircə yollar bilir ki,

hər bixitiyar mənzil başına tələsir.

BƏYAZ GECƏLƏR

Hardasan, Ey Günəş,

gözüm yollarda qaldı.

Bu gecə öz sükutunu

uşaq qığıltısına

dəyişməyə hazırdı…

Son sözünü deyir sükut

bu açılan səhərə

bir azdan oyanacaq

ana narahatlığı

uşaq səsinə…

# 3797 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Bu hekayə oxunub bitmir, insanın içində davam edir" - Sevil Hidayət

"Bu hekayə oxunub bitmir, insanın içində davam edir" - Sevil Hidayət

11:00 28 aprel 2026
"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər