Elvinin bu şeirləri istisnadır – Cavanşir Yusifli yazır...

Elvinin bu şeirləri istisnadır – <span style="color:red;">Cavanşir Yusifli yazır...
24 iyun 2017
# 09:58

Kulis.az-da Elvin Bakiroğlunun şeirlərini oxudum. Ağlıma ilk gələn cümlə bu oldu: şeir yazanda özünü qoyursan bir kənara...

Çünki için, üst-başın (əməlli çırpsan nə qədər misra düşər, hərəsi bir şeirdən - !) bir-birinin az qala üstünə minən “üslublarnan” doludu, onlardan vaz keçirsən, ancaq bunun üçün illər keçməlidir. Dediyim “kənardan” gələndə həmişə özün olursan, zəif-güclü, dəxli yoxdu...

İndinin yanıqlı poetik mətnlərindən vaz keçib həyatdan aldığın yaşantıların ömrünü uzatmaq, dolğunlaşdırmaq elə hardasa onlara qarşı oppozisiya yaratmaqdır. Keçmiş ədəbi təcrübəyə nostalgiya axtarış şövqünü öldürür. İndi poetik tərcümeyi-halı bitməkdə olan şairlərdə nə qədər üstü açıq və örtülü təqlid cığırları var, şeir boldu, şeir yoxdu...

yaxşı ki

fikir oxuyan cihaz kəşf olunmadı

ertəsi gün sevgi ölərdi

ot da bitməz sevginin öldüyü yerdə

eyni kabusu görər -

otların yuxusuna hər gün ac quzu girər

yaxud:

dünyanın ən uzun ölçüsüdü “ehtiyacın əlləri”

və ən böyük yeridi “keçmiş sevgililər qəbristanlığı”

dünya da belə yerdi -

ölü ürəklər döyünür qəbir evlərdə

məsələn belə də olur

cavan oğlan anasını qocalar evinə qoyub tapşırır:

“yaxşı baxın, elə bilməyin yiyəsizdi.”

Nə qədər kədərli faktlardan bəhs edilsə də, bu parçalarda “oxşama”, yəni məlum havanı tutub oxumaq cəhdi yoxdu, yaxud cüzi dərəcədədi. İndi yazılan bəzi mətnlərin konkret müəllifini tanımasan, hesab eləmək olar ki, onları məsələn, 18-ci əsrdə yazıblar, yaxud o zaman hansısa şairin vaz keçdiyi mətn indi kiminsə qələminə yapışıb. Vaz keçmək, yazmamaq, gözləmək... Bunlar yoxdu.

Elvinin bu şeirləri məncə, istisnadır...

Hər halda belə bir iddia duyulur.

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər