Atalar sözləri çətin vəziyyətlərdə fikrimizə dayaq olub, vacib bir təcrübə kimi əlimizdən tutub. Əsrlərlə yol gələn bu sözlərin hikməti qeydsiz-şərtsiz qəbul olunur. Bəzənsə mənaca bir-birinə əks olan bu hikmətlər tamamən əks situasiyada köməyimizə çatır. Müdriklər hər iki vəziyyəti nəzərə alıb - hansı sərf edirsə, götür işlət.
Kulis.az ikili standartlı atalar sözlərini təqdim edir.
Çayı keçənə qədər erməniyə dayı deyərəm - Keçmə namərd körpüsündən qoy yesin aslan səni
- "Heç vaxt insana olan inamımı itirməmişəm..." - Pablo Nerudanın Nobel nitqi
 - Qazax yazıçı Çin dövlət mükafatına layiq görüldü
 - "Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid
 

Ən böyük biclik düzlükdür - Düz düzdə qalar

Atan soğan, anan sarımsaq, sən haradan oldun gülməşəkər? - Atamla atanı deyincə özümlə özünü de

Yüz ölç, bir biç – Ağıllı fikirləşincə dəli vurub çay keçər

El ağzına baxan arvadını tez boşar – Elin gözü tərəzinin gözü.
Saqqal feyz olsaydı, keçi şeyxlik edərdi - Saqqalım yoxdu, sözüm ötmür.
Ot kökü üstə bitər - Oddan kül törəyər

Qoçun buynuzu qoça ağırlıq eləməz – Srkə nə qədər tünd olsa öz qabını çatladar

Ağıl yaşda deyil, başdadır – Allahsız yerdə otur böyüksüz yerdə oturma
İt qursağı yağ götürməz – İtə bax qarpız yeyir, tumunu da çırtlayır

Gədədən bəy olmaz, küllükdən təpə - Bəyirdi bəy oldu

Qırxında oynayan gorunda çalar – Qəbir evinəcən öyrən
