SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?
21 yanvar 2026
# 18:21

Kulis.az Ülviyyə Quliyevanın "Hüseyn Cavid – Azərbaycan romantizminin parlaq siması" yazısını təqdim edir.

Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olmuş, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının ən görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Onun bədii irsi təkcə milli ədəbiyyatın deyil, ümumilikdə Şərq və dünya ədəbiyyatının da dəyərləri sırasında xüsusi yer tutur. Hüseyn Cavid (1882–1941) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, romantizm cərəyanının əsas təmsilçilərindən sayılır. Onun dramaturgiyası və poetik yaradıcılığı milli-mənəvi dəyərlərin, fəlsəfi və bəşəri ideyaların ifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məqalədə Hüseyn Cavidin həyat yolu, ədəbi fəaliyyət istiqamətləri, ideya-estetik axtarışları və Azərbaycan ədəbiyyatına töhfələri elmi-nəzəri baxımdan təhlil olunur. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Azərbaycan romantizmi kontekstində Hüseyn Cavidin yaradıcılığı xüsusi diqqətə layiqdir. O, klassik Şərq ədəbiyyatı ilə Avropa romantizmini sintez edərək, milli ədəbiyyatın ideya və forma baxımından zənginləşməsində mühüm rol oynamışdır. Cavidin əsərləri bəşəri idealların, mənəvi-əxlaqi problemlərin və azadlıq ideyasının ədəbi inikası baxımından dəyərlidir.

Hüseyn Cavidin yaradıcılığı əsasən dramatik və poetik janrlarda təzahür etmişdir. Onun “Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925) kimi dramları təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə türk-müsəlman Şərqində fəlsəfi dramaturgiyanın inkişafına töhfə vermişdir.

Əsərlərində insanın mənəvi aləmi, vicdan və ədalət problemi, azadlıq və məsuliyyət anlayışları ön plana çıxarılır. “İblis” dramı müharibə, zorakılıq və insanın daxili ziddiyyətləri kimi universal mövzuların ədəbi-fəlsəfi baxımdan təhlili ilə seçilir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.

1937-ci ildə Hüseyn Cavid siyasi repressiyalara məruz qalaraq həbs olunmuş,“pantürkist və antisovet fəaliyyətdə” ittiham edilərək həbs olunmuşdur. 1941-ci ildə Sibirin Tayşet bölgəsində vəfat etmişdir. 1982-ci ildə onun nəşi Azərbaycana gətirilərək Naxçıvanda ucaldılmış məqbərədə dəfn olunmuşdur. Sovet dövründə onun irsi uzun müddət diqqətdən kənarda qalsa da, müstəqillikdən sonra geniş şəkildə araşdırılmağa başlanmışdır/

Hüseyn Cavidin yaradıcılığı Azərbaycan ədəbiyyatında romantizm estetikası və fəlsəfi düşüncənin inkişafı baxımından mühüm mərhələ təşkil edir. Onun bəşəri ideallara, milli-mənəvi dəyərlərə və azad düşüncəyə əsaslanan əsərləri müasir dövrdə də aktuallığını qorumaqdadır. Cavidin irsi həm ədəbi-nəzəri, həm də fəlsəfi baxımdan araşdırılmağa davam edir və milli mədəniyyətin zəngin xəzinəsi kimi dəyərləndirilir.Cavidin yaradıcılığı Azərbaycan romantizminin ən yüksək zirvəsidir. Onun ilk şeirləri 1906-cı ildən etibarən dövri mətbuatda dərc olunmağa başlamışdır. Əsasən fəlsəfi-dramatik əsərləri ilə tanınan Cavidin “Şeyx Sənan” (1914), “İblis” (1918), “Uçurum” (1922), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925) və digər əsərləri təkcə bədii deyil, həm də dərin ideya-fəlsəfi məzmunu ilə seçilir.

Əsərlərində bəşəri ideyaları, azadlıq və ədalət uğrunda mübarizəni, zülmə və cəhalətə qarşı çıxışı ön plana çəkmişdir. Xüsusilə “İblis” dramı insanın iç dünyasındakı ziddiyyətləri, müharibə və şər qüvvələrin mənbəyini dərin şəkildə təhlil edir.

Hüseyn Cavidin yaradıcılığı milli-mənəvi dəyərlərin qorunmasında, maarifçilik və azadlıq ideyalarının yayılmasında böyük rol oynamışdır. O, Azərbaycan dramaturgiyasına fəlsəfi dərinlik, poetik forma və bəşəri ideallar gətirmişdir. Cavidin irsi bu gün də Azərbaycan ədəbiyyatında aktualdır və öyrənilməyə davam edir.

# 1099 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər