Düşmən Afrika ölkələrinin Puşkin davası

Düşmən Afrika  ölkələrinin Puşkin davası
18 iyun 2013
# 07:00

Efiopiya sakinləri belə düşünürlər ki, Aleksandr Sergeyeviç Puşkin orda anadan olub, sonralar Moskvaya köçüb. Sorğular nəticəsinə görə Efiopiya sakinlərinin 95%-i şairin doğum yeri kimi Afrika qitəsini göstərirlər.

Halbuki Efiopiya əslində Puşkinin ulu babası “I Pyotrun ərəbi” ləqəbi ilə tanınan Abram Petroviç Hannibalın vətənidir. Abram 1697-ci ildə Laqon qəsəbəsində zadəgan ailəsində dünyaya gəlib. Altı yaşı olanda türklər Efiopiyaya hücum edir. Bu zaman Hannibal oğurlanır.

Rusiyanın Osmanlıdakı səfiri Savva Raquzinski Abramı qul bazarından alaraq Moskvaya çara hədiyyə gətirir. I Pyotr hədiyyəni bəyənir, Abram xristianlığı qəbul edir. Bundan sonra Abram çarın sevimlisinə çevrilir, bütün ömrü boyu onun yanında olur, hətta Rus İmperiyasının general-anşefi rütbəsinə qədər yüksəlir. Puşkin Abramın nəvəsi Nadejda Osipovna Hannibalın oğludur.

Vaxtilə Rusiyada təhsil almış efiopiyalılar indi də Puşkini əzbər bilirlər. Puşkinin əsərləri Efiopiyanın əsas dillərindən olan amxarcaya da çevrilərək dəfələrlə nəşr edilib. Efiopiyanın Mərkəzi muzeyinin qarşısında Puşkinin bürünc büstü də ucaldılıb. Bununla belə yaxın müddətdə büstün yerinə Puşkin və babası Hannibalın bir-birlərinə baxan abidələrini ucaltmaq fikrindədirlər.

Puşkinə sahib çıxmaq uğrunda gedən mübarizə təkcə ruslar və efioplar arasında baş vermir. Eritreyalılar da bu mübarizəyə qoşulublar. Onlar da iddia edirlər ki, Puşkin əslində efiopların deyil, məhz onların həmvətəndir.

Məsələ burasındadır ki, Puşkinin babası Hannibalın doğulduğu Mareb çayı sahilində yerləşən Laqon qəsəbəsi hazırda 1993-cü ildə qurulmuş Eritreya dövləti ilə Efiopiyanın sərhədindədir. Eritreyanın mədəniyyət xadimləri də bu səbəbdən Puşkini öz həmvətənləri elan ediblər.

Onlar iddia edirlər ki, Puşkin eritreyalıdır, efiop yox. Hətta “Puşkinin Eritreya kökləri” adlı kitab da dərc edilib. 1998-ci ildə Efiopiya ilə Eritreya arasında baş vermiş müaharibənin zarafatla Puşkin üzündən olduğunu söyləyənlər də var. Efiopların acığına Eritreyanın paytaxtı Asmeredə Puşkinə abidə ucaldılıb.

Düzdür, Efiopiyada sosializm qurulduğu (1977-1991) zamanlarda SSRİ-dən gəlmiş puşkinşünaslar ölkə ali məktəblərində şairi tədris edirdilər. Sovetlər Birliyinin vəsaiti hesabına Puşkinin əsərləri amxre dilinə tərcümə olunur, orta məktəblərdə tədris olunurdu. Efiopiyada kommunist rejimin süqutundan sonra Puşkin də unudulmağa başladı, hətta orta məktəblərin tədris proqramından da çıxarıldı.

Yalnız Eritreya Puşkinə sahib çıxmağa başlayandan sonra Efiopiyada Puşkinə maraq yenidən oynadı. İki düşmən dövlətin mübarizə predmetlərindən biri də məhz Puşkin oldu. İndi ruslar qalıb bir tərəfdə efioplarla eritreyalılar Puşkinin mənsubiyyəti haqqında davaya girişiblər. Hər iki dövlət Puşkini özününkü hesab etmək üçün var gücü ilə çalışır, sanki “duel”ə çıxıblar. Qorxasan bu mübarizə bu iki dövlət arasında yenidən münaqişə yaranmasına yol aça.

# 3415 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

10:15 30 aprel 2025
"Milli Kitab 10-luğu" - "Əli və Nino"

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

09:10 30 aprel 2025
Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

17:30 28 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

11:00 27 aprel 2025
Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

14:00 26 aprel 2025
#
#
# # #