Ədəbiyyatın "əxlaqsız" qadınları

Ədəbiyyatın "əxlaqsız" qadınları
2 may 2013
# 07:00

Ədəbiyyatın “pis uşaqlar” deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey. Bəs qadınlardan yazarlardan kimləri “pis qadın” adlandıra bilrəik? “Flavorwire” saytı hazırladığı ədəbiyyatın “ədəbsiz” qızlarını müəyyənləşdirməyə çalışır. Kulis.Az həmin siyahını təqdim edir.

Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)

O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir

Sapfonu “lezbiyan” sözünün yaradıcısı da hesab edirlər. Tarixdən onun qadınlarla da sevgi əlaqələrinin olması məlumdur. Sapfo öz şeirlərindən qadınlara olan sevgisindən məharətlə yazırdı. Sonralar onun Afrodita məbədində bakirə qızlar üçün məktəb yaratdığı məlumdur.

Özünə qəsd etmiş şairənin günümüzə çox az şeiri gəlib çatmışdır.

Jorj Sand (1804-1876)

Sapfodan sonra siyahıda Jorj Sand gəlir. Onlarla roman (“İndiana”, “Konsuela”, “Mopra”), bir neçə pyes, xatirə kitabı və ədəbi tənqid kitablarının müəllifi olan fransız yazar bu qədər işin içində “dəcəlliy”ə də vaxt tapırmış.

Əsil adı Amanda Avrora Lüsyen Düpen olan yazar da həməsri olan bir çox qadın yazar kimi kişi imzayıla yazırmış. Amma onun cinsiyyət dəyişməsi tək ədəbiyyatda olmayıb. Gündəlik həyatında da kişi paltarları geyən, o dövr qadınlarında əsla görünməyən siqaret çəkmək vərdişi olan Sand 19 yaşında ərə gedib, 9 ildən boşanaraq böyük bəstəkar Frederik Şopenlə eşq macərası yaşamışdır.

Kolett (1873-1954)

Ah bu fransızlar… Siyahı tamamilə onlardan ibarət də ola bilərdi. Sidon Qabriella Kolett o məşhur “Klodin” əsərini çap etdirdiyi aralarda üç dəfə evlənmiş və ikinci ərinə onun oğluyla xəyanət etmiş qadındır. Əvvəllər yazdığı əsərləri əri yazıçı Anri-Qotye Vilların imzası ilə çap olunsa da sonralar əsərlərini öz imzası ilə yazmışdır.

Qadınlarla olan münasibətləri və kübar cəmiyyətdə çoxlu qadın sevgilisinin olması, “Mulen Ruj”da göstərilən “Misir yuxusu” adlı pantomim tamaşasında aktrisa ilə öpüşməsi onun adını xeyli qalmaqallı etmişdi.

Kolet qadınların gözündən cinsi həyatı, seksuallığı və qadın olmanın xüsusiyyətlərini ən yaxşı anladan yazarlardandır.

Doroti Parker (1893-1967)

XX əsrin ən məşhur ədəbiyyatçılarından olan Parker həm roman müəllifi, həm şair, həm də tənqidçi olması ilə bərabər dərin yumorlu aforizmləri ilə Amerikadakı sol hərəkatının da qabaqcıllarından idi. Hazırcavablığı ilə seçilən Parker üç dəfə evlənmişdir. Üç evlilikdən ikisi eyni adamla – Allan Kempbellə- olmuşdur. Ölümündən əvvəl bütün var-dövlətini Martin Lüter Kinqə vəsiyyət edən Parker “Algonquin Round Table” adlı ədəbi məktəbinin də qurucularından biri olub.

Hollivud üçün ssenarilər yazan yazıçının sol hərəkata bağlı olması onun “Hollivudun qara siyahı”ya düşməsinə səbəb olmuş, depressiyaya düşən yazıçı alkoqolizmə yolxumuşdu

Anais Nin (1903-1977)

Ədəbiyyat çevrələrində “ilham pərisi” kimi tanınan Anais Nin gündəliklərinin nəşrindən sonra yazıçı kimi də məşhurlaşdı. Keçən əsrin əvvəlləri üçün olduqca açıq-saçıq bir dillə yazan Anais Nin erotik romanları ilə yanaşı evli ikən Henri Miller, Qor Vidal, Edmund Vilsonla yaşadığı eşq macəraları ilə də məşhurdur.

Simona de Bovuar (1908-1986)

Bovuar fransız feminizminin anası hesab olunur. Amma bu onun haqqındakı maraqlı məlumatlardan yalnız biridir. XX əsrin ən məşhur qadın yazarlarından olan Bovur Jan Pol Satrla evlilikdən sonra onunla ayrı-ayrı evlərdə yaşamış, uşaq sahibi olmaqdan imtina etmişdir. Sartla evlilikləri ərəfəsində başqa bir adamla sevgili olduğu məlumdur.

Onun “İkinci cins” romanı feminizmin Bibliyası hesab olunur.

Silviya Plat (1932-1963)

Bir şeyi vurğulamaq lazımdır ki, Platı “pis qadın” edən onun intihar etməsi deyildi. Həyatı ağır ruhi sarsıntılarla keçən Platı ən çox əsəbiləşdirən əri şair Ted Huqun ətrafındakı gözəl qadınlar idi. Hətta bir dəfə ərini bir qadınla yaxalayan Plat qısqanclıqdan onun yanağını dişləmişdi.

Keti Aker (1947-1997)

Radikal feminist olan Keti Aker 1984-cü ildə çap etdirdiyi “Orta məktəbdə qan və cəsarət” adlı romanı ilə ciddi qalmaqala səbəb olmuşdu. Əsərlərində əsasən insest, abort və homoseksuallıq mövzularından bəhs edən Aker açıq şəkildə lesbiyan olduğunu etiraf edirdi. O, 1997-ci ildə döş xərçəngi xəstəliyindən vəfat etmişdi.

# 8622 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər