Sirr getdi, azadlıq da getdi

Sirr getdi, azadlıq da getdi
25 yanvar 2014
# 08:45

Kulis.az dünyaca ünlü türk yazar Elif Şəfəqin aforizmlərini təqdim edir.

Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.

Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.

Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində.

İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?

Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.

Birinə bütün qəlbinlə məhəbbət bəsləyib yenə də onu incitmək istəməyin mümkün ola biləcəyini o günə kimi bilməzdi

Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.

İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.

Xəyalımdakı səni görsən qısqanarsan.

Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.

Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.

Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır.

Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.

Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir “mən” üçün köhnənin quruyub solması kimi.

Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.

Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.

Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.

İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm.

Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.

Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar.

Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.

Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davarnma.

Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.

Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar.

Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.

Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində.

# 3972 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər