Reallıqdan qorxmaq, sünilik, yolunu azma – Yazarlar Orxan Həsənini tənqid etdilər

Yazarlar

Yazarlar

22 dekabr 2021
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Həsəninin “Füzulinin dişi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Pərviz Cəbrayıl

Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər

Hekayə ötən əsrin 90-cı ilində yazılsa, müəllifin də 19 yaşı olsaydı, haqqında hətta tərifli sözlər deyə bilərdim. Buna baxmayaraq, Orxanın dərin qatlara meyl cəhdi mənə ümidlər verdi.

Rasim Qaraca

Bu hekayəni oxuyub demək olar: Orxan istedadlı yazardır, potensialı böyükdür, iddialıdır və maraqlı axtarışları var. "Füzulinin dişi" gənclik romantikasıyla yazılmış maraqlı bir hekayədir. Yazarla ilk tanışlıq üçün yaxşı nümunədir. Xoşuma gəlməyən cəhəti, polislərin məsumanə göstərilməsidir. Müəllif hekayədə öz həyatını yazdığına görə hekayənin psixoanalitik alt yapısı təqribən belədir: gənc yazarın sistem qarşısında fobiyası var, bu fobiyadan hekayə vasitəsilə qurtulmaq istəyir.

Dil xətaları çoxdur, məsələn: "bədənimi anadangəlmə soyundum" ifadəsi mənə görə xətalıdır.

Ümumən hekayə Azərbaycan gerçəkliyinə toxunmur, real həyatla kontaktlar yoxdur və ümumən konkretlik azdır. Məncə, bu gənc yazarın ustalığı ilə izah oluna bilməz, əksinə, ola bilər, reallıq onu qorxudur, burada o öz gücsüzlüyünü görə və çarəsiz qala bilər.

Əlbəttə, gənc yazar üçün daha dərin tənqidi rəva görmürəm. Orxana uğurlar diləyirəm və onun böyük yazıçı olacağına inanıram.

Qəşəm Nəcəfzadə

60-ı haqlayan şair Qəşəm Nəcəfzadə: "Kəramətə iradlarım çox içməsi ilə  bağlıdır" - MÜSAHİBƏ

Maraqlı hekayədir. Əsasən xoşuma gəldi. Amma… Xarici ölkə yazıçılarından imitasiya güclüdür. Sonluğu yaxşı qurtarmayıb. Məncə, müəllif sonluq barədə çox fikirləşib. Çıxış yolunu sentimental şairlərə məxsus; asan tapılan və yazılan qeyri-müəyyən bir cümlə ilə bitirməkdə görüb: “O, məni başa düşmədi və biz qəfil havalanmağa başladıq. Ayağımız yerdən kəsilən kimi tualetin pəncərəsindən çıxdıq və geniş səmanın içində yox olduq.”

Müəllifin hekayəni necə bitirmək barədə çox düşündüyü və bu səbəbdən yorğunluğu sonluqdan əvvəl yazdığı zəif publisistikandan sonra başlayır. “Mənim dişim ağrıyır. O, qəzəli öyrənə bilmədi. İkimiz də, güzgünün önündə ümidsizcə, qolları sallaq halda və başımız aşağı dayanmışıq”. Bu, əslində sonluqdur. Amma müəllif bilib ki, bu, zəif publisistikadır (bilməyinə eşq olsun!) ona görə də keçib ədəbi - bədii, poetik, qeyri-müəyyən cümləyə (yuxarıda qeyd etdiyim sonluq).

Nəsrdə ən zəhləm gedən söz və ya baş cümlə “iş orasanda idi ki” cümləsidir. Bu, nəsr cümləsi deyil, yersiz və kobuddur. Bunu müəllifin fikrini azad ifadə edə bilmədiyinə səbəb kimi yozuram: “Amma iş orasında idi ki, etiraz da edə bilməmişdi”.

Hekayədə diqqət çəkən bu cümləyə baxaq: “Yazı maşınının önünə keçəndə bədənimi anadangəlmə soyundum ki, hekayə ilə ruhum üzbəüz qalsın”. Əslində bədəni yox, əyni soyunarlar. İkinci də çılpaq olanda ruh çölə yaxınmı olur? Yəni hekayəyə. Bu, nə məntiqdir?!

Başqa bir cümlə: “Danışacağım hekayə Çinli dostum Ma və mənim ağrıyan dişim haqqındadır. Hə, bir də Füzuli haqqında”. “Hə, bir də Füzuli haqqında” cümləsi birinci cümlənin içərisində yerləşməliydi. Sonradan deyildiyinə görə, nəsrin vəznini (hə, məhz vəznini) pozur.

Yenə başqa bir cümlə: “Mən nədənsə alnına bayraq sancılan sürücünü xatırladım”. Bu cümlədəki, ümumiyyətlə, həmişə, “nədənsə” sözü məni yorur. Gərək alnına bayraq sancılan sürücünü xatırlamağa səbəb olaydı. Məsələn belə: polisin geniş alnına baxdım, sürücü yadıma düşdü. Çünki polisin bayraq sancılmalı gözəl alnı var idi. “Nədənsə” sözü mənasız bir şeydi.

Bu cümləyə fikir verin: “Arxasından əl edib çağırdım. Məni eşitmədi”. “Məni” sözü burda artıqdı.

Bu cümləyə də baxın, məsələni bitirək: “Addımlarımı yeyinlətdim. Ona çatdım. Çiyninə toxundum. O da diksinib qıyıq gözlərini, toppuş sifətini üzümə zillədi. Gülümsədi və qulağıma pıçıldadı”.

Ancaq feillər. Orxanın əksər cümlələri fellərlə bitir. Bu, kasadlıqdır. “Zilləndi” sözü çox işlənib, bu da bolluq deyil.

Niyə cümlələrdən başladım? Bu, bəzilərinə gülməli gələ bilər. Nəsr yazmaq cümlədən başlayır. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir.

Orxan maraqlı nasirdir. Polisin ağızda cinayətkarı axtarması və alına saplanmış, beyni zəbt edən bayraqlar hələ də məni düşündür. Uğurlar, Orxan!

Zahid Sarıtorpaq

Zahid Sarıtorpaq Kitapları - 1000Kitap

Bəzi xırda detalları nəzərə almasaq, bu mistik hekayəni çox bəyəndim. Müəllifə uğurlar diləyirəm. Çox sevindirici haldır ki, çağdaş ədəbiyyatımızda Orxan Həsəni kimi gənclər var, onlar kifayət qədər mütaliəli və istedadlıdırlar. Belə də davam etmək və cilalanıb, arınıb özünü təsdiqləmək kaş onların hər birinə nəsib olsun. Orxan Həsəniyə bu yolu davam etdirməyi, indən belə qazanacağı uğurlara aldanmamağı və bu səbəbdən də metamarfoza uğramamağı arzulayıram.

Aqşin Yenisey

Aqşin Yenisey xəstəxanadan evə buraxılıb

Yaxşı hekayədir. Dili sərrastdır, mövzusu müasirdir. Ancaq hekayədə qoyulan problem sonradan yolunu "azır". Məsələ "Füzuli və Çin düşüncəsi" kimi nəhəng bir temanı əhatə edir. Amma Orxan sonradan bu yükün altından "qaçır", onu diş ağrısının verdiyi duyğudurum vəziyyətləri ilə əvəz edir. Ma, yəni Çin məsələsi istifadə olunmadan bir kənara atılır. "Füzuli və Çin mədəniyyəti" kimi orijinal bir mövzu unudulur. Amma ola bilsin ki, müəllifin məqsədi Füzuliyə bir çinlinin gözü ilə baxmaq deyil. Bu detalları, sadəcə, özünün ağrı ilə təkbətək halını oxucuya çatdırmaq üçün kullanır. Bütün hallarda bu hekayə məni cavabsız bir sualla baş-başa buraxdı: bir çinli Füzulidən nə anlardı?

Kənan Hacı

Kənan Hacı — Yeni il gecəsi tənha qalanlara | kultur.az

Orxan Həsəninin hekayəsi dünyanın dərkolunmazlığı, paradoksallığını xatırladır. Sürrealist hekayədir, bir az Edqar Po mistisizmini xatırladan nüanslar var. Çinli tələbənin Füzulini düşmən gözündə görməsi müəllifin güclü fantaziyasından xəbər verir. Bütün günahlar ağrıyan dişdədir və ağrıdan xilas olmaq üçün havalanıb səmada yox olmaq lazım gəlir. Orxan çox uğurlu bir çıxış nöqtəsi tapıb: tualetin pəncərəsi... Gərək pəncərə əvəzinə nəfəslik yazaydı. Hekayə adamın nəfəsini kəsən tünd boyalarla işlənib. Sanki zaman təhrif olunub və ya qarışıq düşüb. Ümumilikdə, çox uğurlu hekayədir.

Alpay Azər

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ)

Hekayə mənə açığı, uğursuz gəldi. Mən diş ağrısı, polis şöbəsində baş verənlər, Füzulidən qəzəl əzbərləməli olan çinli tələbəylə bağlı olan detallar arasında əlaqə görmədim. Hərçənd, diş ağrısına görə əsas obrazın polisə zəng etməsi, iki polisin evə gəlməsi, onların əsas obrazla olan söhbətləri, eləcə də polis şöbəsində olan dialoqlar maraqlı, yumoristikdir. Polis şöbəsində baş verən sürrealist səhnənin, hekayənin bu süjet xəttinin davam etidirilməsi daha yaxşı olardı, təbii, bu, mənim arzumdur, bəlkə də o detal yetərincə işlənib. Orxan Həsəni istedadlı nasirdir, öncə kulis.az-da çıxan, adını unutduğum, Vətən müharibəsi zamanı şəhidin evə gətirilməsi ilə bağlı yazdığı hekayə daha uğurlu idi. Ona ürəkdən uğur

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #