Əsərlərində agacdan istifadə edən yenilikçi heykəltəraş kim idi?

Əsərlərində agacdan  istifadə edən yenilikçi heykəltəraş kim idi?
18 iyul 2025
# 11:23

Bu gün Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Tokay Məmmədovun anadan olmasından 98 il ötür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və fəaliyyəti haqqında faktları təqdim edir.

Tokay Məmmədov İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli kimi tarixi şəxsiyyətlərin heykəllərinin müəllifi kimi tanınır. Rusiyada və Azərbaycanda ali təhsil alan sənətkar, heykəltaraşlıq sənətinin inkişafında mühüm rol oynayıb, pedaqoji fəaliyyət göstərərək yeni nəsil sənətkarların yetişməsinə töhfə verib.

Tokay Məmmədovun yaratdığı portretlər arasında Səməd Vurğun, Qəzənfər Xalıqov, Nəriman Nərimanov, Şirəli Müslümov kimi tanınmış simaların təsvirləri yer alır. O, ağac materialından istifadə edərək Azərbaycan heykəltaraşlığında yenilikçi yanaşma nümayiş etdirib. Mərmər, tunc və gipsdən hazırladığı “Üzeyir Hacıbəyli”, “Vəcihə Səmədova”, “F.Şopen”, “Koroğlu” kimi portretləri də sənətkarın zəngin yaradıcılıq palitrasını əks etdirir.

Onun monumental və qabartma əsərləri sırasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portreti xüsusi yer tutur. Həmçinin, Şuşada Bülbül və Mirmöhsün Nəvvabın qəbirüstü abidələri də onun sənət nümunələrindəndir.

Tokay Məmmədovun fəaliyyəti daim yüksək qiymətləndirilib. O, “Şərəf” və “Şöhrət” ordenləri, Prezidentin fəxri diplomu və digər nüfuzlu mükafatlarla təltif olunub. 2018-ci il mayın 2-də vəfat edən sənətkar İkinci Fəxri xiyabanda dəfn olunub.

# 321 dəfə oxunub

Oxşar xəbərlər

Ölülərlə Tanrıların görüş yeri:  Arxeoloqlar ən qədim qapını tapdı

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

16:30 30 iyul 2025
Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

16:09 30 iyul 2025
Yeni irs siyahısı açıqlandı

Yeni irs siyahısı açıqlandı

14:00 30 iyul 2025
"Tariximizin Qərbi Azərbaycan izləri" adlı  sərgi keçirildi

"Tariximizin Qərbi Azərbaycan izləri" adlı sərgi keçirildi

13:50 30 iyul 2025
Süni intellekt Azər Baxşəliyevi canlandırdı

Süni intellekt Azər Baxşəliyevi canlandırdı

13:40 30 iyul 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:30 30 iyul 2025
#
#
# # #