“Aqibətnamə” kitabının təqdimatı baş tutdu

“Aqibətnamə” kitabının təqdimatı baş tutdu
16 sentyabr 2025
# 17:25

15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək, Fondun missiyasının yalnız mədəni irsin qorunması ilə məhdudlaşmadığını, həm də ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsi və yeni yaradıcı qüvvələrin üzə çıxarılmasına da yer verildiyini bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvi kimi dahilərin əsərləri bütün türk dünyasının ortaq sərvətidir və bu irs gənc nəslin ilham qaynağına çevrilməlidir. Xanım A. Raimkulova Fondun qapılarının həmişə gənc istedadlara açıq olduğunu, onların yaradıcılığının türk xalqlarının mədəni birliyini daha da gücləndirdiyini xüsusi qeyd edərək, Fərid Hüseyni yeni kitabı münasibətilə təbrik edib, ona gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzulayıb.

Səlim Babullaoğlunun aparıcılığı ilə təqdim olunan zəngin ədəbi-bədii gecədə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, nizamişünas alim, “Aqibətnamə” kitabının redaktoru Zəhra Allahverdiyeva, professor Rüstəm Kamal, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, gənc şair Qismət nəşrin ədəbi-fəlsəfi məziyyətlərindən söz açaraq gənc müəllifin yaradıcılığına yüksək qiymətləndiriblər.

Tədbir boyu Fərid Hüseynin şeirləri tanınmış qiraətçilər Tural Əhməd, Günel Həmidova, Sabirə Abdullayevanın ifalarında səslənib, gənc şairin şeirlərinə bəstələnən mahnılar Elgiz Əliyev, Aişən Mehdiyeva, Yaqut Xəlilzadənin ifalarında dinlənilib. Xanəndələri tarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah müşayiət ediblər.

Qeyd edək ki, tədbirin sonunda Fərid Hüseyn oxucular üçün kitablarını imzalayıb və xatirə fotosu çəkilib.

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirildi

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirildi

18:35 9 dekabr 2025
"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO

"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO

17:52 9 dekabr 2025
Luvrda su sızıntısı:  yüzlərlə arxiv sənədi zərər gördü

Luvrda su sızıntısı: yüzlərlə arxiv sənədi zərər gördü

17:35 9 dekabr 2025
Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edildi

Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edildi

17:00 9 dekabr 2025
Şahzadələrin rəssamı necə yetişdi? - Antonio Van Deykin gizli həyatı

Şahzadələrin rəssamı necə yetişdi? - Antonio Van Deykin gizli həyatı

16:54 9 dekabr 2025
“Mənim tanıdığım Ələsgər”  kitabının təqdimatı oldu

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı oldu

16:30 9 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər