"Bu kitab qadağan olunmalıdır!" - Psixoloq “Qurani-Kərim”i təhqir edib?

"Bu kitab qadağan olunmalıdır!" - Psixoloq “Qurani-Kərim”i təhqir edib?
17 mart 2025
# 17:40

"Psixoloq Samirə Bağırova (SamiRa Amon) yanvar ayında nəşr olunan "Hu (Aydınlanma)" romanında İslam dinini və İslam dinin ehkamlarını aşağılayır, "Quran"ın pedofiliyanı təbliğ etdiyini iddia edir..."

Bu barədə Kulis.az-a kitabın oxucularından biri yazıb.

Oxucu məktubunda qeyd edib ki, "Hu" kitabı dinimizi gözdən salmağa hesablanıb:

“Samirə Bağırova adlı psixoloq "Hu" adlı kitabında dinimizi, peyğəmbərimizi, dinin müqəddəs hökmlərini, qaydalarını, müqəddəs kitabımız “Qurani-Kərim”i tənqid edib, hətta deyərdim, təhqir edib, dini şərtlərə istehzayla yanaşıb, müqəddəs dəyərlərimizi ələ salıb. Hətta deyərdim ki, bəzi yerlərdə İslam haqqında bilgisiz olan bu xanım, İslam və Quran haqqında yanlış şərhlər verib, bu yolla dini gözdən salmağa çalışıb. Əhalisinin böyük hissəsi müsəlman olan bir ölkədə İslam haqqında bu cür qıcıqlandırıcı əsər yazmaq, qalmaqalları sevən Samirə Bağırovanın növbəti təxribatıdır.





Oxucunun sözlərinə görə, "Hu" adlı kitab təcili şəkildə qadağan edilməlidir:

"Romanda “Quran”, qurban ayini, Həcc ziyarəti, dini qaydalar, peyğəmbərimiz istehza hədəfidir. Hətta Quranın pedofilizmi təbliğ etdiyi iddia olunur. Düşünürəm ki, bu cür qalmaqallı kitab gənclərimizi dini dəyərlərdən uzaqlaşdırmağa hesablanıb. Aidiyyatı qurumlar bunu nəzərə almalı, SamiRa Amon imzası ilə satışda olan “Hu” adlı kitab təcili şəkildə qadağan edilməlidir."


# 6491 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər