Oskar Uayld bir kəlmə belə yazmayıb!

Oskar Uayld bir kəlmə belə yazmayıb!
19 sentyabr 2011
# 12:04
Oskar Uayldın nəvəsindən maraqlı açılama: “O əsəri babam yazmayıb, assistentlər yazıb”.

Kulis.az Guardian-a istinadən bildirir ki, Londonda yerləşən “King’s Head” Teatrı yeni mövsümə Oskar Uayldın ən son əsəri “Konstans”la başlayacağını açıqlamışdı. Bundan sonra yazıçının nəvəsi Merlin Holland: “Uayld bu tamaşanın bir cümləsini belə yazmayıb. Sadəcə, iki səhifəlik bir sinopsis yazıb” deyərək, əsərin babasına aid olmadığını vurğulayıb.

Teatrı insanları aldatmaqda günahlandıran Holland səhnələşdirən əsərin ssenarini də oxuduğunu deyib: “Ssenarini oxudum, digər əsərlərindən sadəcə, bir neçə aforizm əlavə ediblər. Bu, insanları aldatmaqdan başqa bir şey deyil”.

İngilis yazıçı Oskar Uayld homoseksual olduğu üçün ölkəsini tərk etməyə və ömrünün son illərini Parisdə aclıq, səfalət içində keçirməyə məcbur olub. Orientasiyasına görə arvadı və iki oğlu da ölkəni tərk edib və soyadlarını dəyişərək Holland ediblər.


Günel Əsgərzadə
# 2541 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

12:00 24 avqust 2026
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər