Anar etiraf etdi: “Yorulmuşam”

Anar  etiraf etdi: “Yorulmuşam”
11 iyul 2011
# 13:46
“Onları üstümüzə muzdla qısqırdırlar”

Müsahibədə Anar onu tənqid edənləri Anarşünas adlandırdığı deyib: “Əleyhimə yazanlar da cəmi bir-iki nəfərdi. Mən onları zarafatla Anarşünas adlandırıram. Yəqin elə işə də onları buna görə götürüblər ki, ancaq Anardan yazsınlar, Anarı sancsınlar. Hər yazılarında dəxli oldu, olmadı bir cümlə ilə də olsa zəhərlərini buraxırlar. Artıq onlara gülürəm. Bilirəm ki, belə buyruq qullarının münasibətləri tapşırıqdan, sifarişdən, öz uğursuzluqlardan irəli gəlir. Onları üstümüzə muzdla qısqırdırlar”.
“25 ildir sədrəm, yorulmuşam”
Anar ona verilən mükafatdan sonra AYB-nin sədrlik postu ilə bağlı deyilənlərə də münasibət bildirib: “ Mükafat alanda gərək sədrlikdən gedəsən? Bu nə qəribə məntiqdi. Bizim qurultay olacaq, qurultay ərəfəsində öz fikrimi deyəcəm”.
Anar sədr olmaqdan yorulduğunu da dilə gətirib: “25 ildir ki, sədrəm, yorulmuşam, özüm üçün də yaşamaq istəyirəm, bir az da rahat yaşamaq, yaradıcılıqla məşğul olmaq istəyirəm. Digər tərəfdən isə, Yazıçılar Birliyi üçün bu qədər işlər görəndən sonra, (yeri gələrsə, sadalayaram) bunların hamısını qoyub getmək və sonra “nə olur olsun” demək çətindi. O vaxt getmək istəyərəm ki, yerimə gələn adamın birliyi dağıtmayacağına, parçalamayacağına, binasını otaq-otaq satmayacağına əmin olum”

“AYB mənə heç nə verməyib”

AYB sədri peşmançılıq keçirdiyini də dilə gətirib: “Şəxsən mənə bu 25 ildə Yazıçılar Birliyi heçnə verməyib. Yaşlısından lap sütülünəcən çeşid- çeşid nankorlarla, qadınıyla, kişisiylə, növbə-növbə dönüklərlə, paxılıqla, satqınlıqla rastlaşdım, yalanlara, böhtanlara, təhqirlərə məruz qaldım”.

Günel ƏSGƏRZADƏ
# 1343 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər