"Və insan özü kimi kitab yazan tanrı yaratdı..." - Aqşin Yenisey

"Və insan özü kimi kitab yazan tanrı yaratdı..." - Aqşin Yenisey
8 avqust 2024
# 09:52

Kulis.az Aqşin Yeniseyin "Və insan özü kimi kitab yazan tanrı yaratdı" yazısını təqdim edir.


Tanrının kitab göndərdiyinə inanmamaq mövcud sivilizasiyanı təhdid edən bir qorxudur.

Halbuki sivilizasiya ölmür, bir şəkildən başqa şəklə keçir.

Çoxallahlıq dövründə müxtəlif peşə sahibi olan insanları yamsılayan tanrılar və tanrıçalar vardı: tibb tanrısı, bərəkət (əkin) tanrısı, qoruyan tanrı, yeyib-içən tanrı və s.

Beş min il öncə yazının kəşfindən sonra kitab yazan (yazdıran) tanrı peyda oldu. Çünki artıq insan da kitab yazırdı.

On min il öncə buğda əkmək insan üçün necə üstün bir səviyyə sayılırdısa, beş min il öncə kitab yazmaq da insan üçün fövqəl bir bacarıq sayılırdı.

Əlbəttə ki, kitab yazan insan üçün hərf tanımayan proletar tanrılar aşağı sinif sayılmalıydı. Odur ki, insan özü kimi kitab yazan elit bir tanrı yaratdı.

Kitab yazan tanrı insanın yaratdığı ilk süni zəka idi.

# 1866 dəfə oxunub

Müəllifin son yazıları

# # #