news-inner
clock11:09 calendar-gray 23 Fevral 2021 view-gray10147 dəfə oxunub
view-gray10147 dəfə oxunub

Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadədən maraqlı faktlar

Kulis.az ötən gecə dünyasını dəyişən Xaql artisti Yalçın Rzazadə haqqında ən maraqlı faktları təqdim edir.

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsindən anadan olub.

***

İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti gitara alınır Yalçına. Ancaq bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Nə atasının qəzəbi bitir, nə Yalçının musiqi sevdası. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.

Atası katib olsa da uşaqlığı çox çətinlik və ehtiyac içərisində keçib. Uşaqlığı müharibədən sonrakı illərə təsadüf etdiyi üçün ölkədə olan yemək, çörək qıtlığı onların ailəsindən də yan keçmir. Yay tətillərində məhəllədə futbol oynayan uşaqlara qoşula bilmir. Uşaqlar futbol oynayanda kiçik Yalçın yeşik mıxlayar, bunun əvəzində pomidor, xiyar götürüb evə gələrmiş.

***

Yalçın Rzazadə uşaqlıq illərini xatırlayarkən deyir: “Balıqçılar dənizdən çıxanda qayığı çıxarmağa kömək edərdim, mənə balıq verərdilər. Gətirib, o balığın bir neçəsini satar, bir-ikisini evə gətirərdim.”

***

1963-cü ildə atasından xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur.

***

1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülür.

***

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi işə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı oldu.

***

Dövrün ən məşhur müğənnilərindən birinə çevrilir. Dövrün ən böyük bəstəkarları ilə çalışır. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqisinə həyat verib.

***

O, “Od içində” filmində Əmir bəy rolunu ifa edib. Ancaq bu sənətkarın aktyor kimi ilk və son işi olub. Ondan sonra bir çox filmlərə dəvət alsa da qastrollarının, konsertlərinin çox olması səbəbindən dəvətləri qəbul edə bilməyib.

***

20 yaşında ailə həyatı qurub. Bu evlilikdən üç oğlu dünyaya gəlib. Oğlu Mətin Rzazadə onun yolunu davam etdirir.

***

O da atası kimi oğlunun müğənni olmasına razılıq verməyib. Oğlu müsahibələrinin birində deyir: “Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, istəmirdi ki, bu sənətə gəlim. Ona görə, atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Amma sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi.”

Kommunist Partiyasına üzv olmayıb. Bu səbəbdən sovet dövründə onu bir neçə dəfə efirə buraxmayıblar.

***

Kiçik qardaşı Rusiyada öldürülüb. Bu ağır xəbəri alan sənətkar 3 gün qapını bağlayıb, evdən çıxmayıb.

***

Kitablarla dost olub. Cek London, Fenimor Kuper kimi yazıçıları sevib. Cabir Novruzla dostluq edib.

***

Yalçın Rzazadə həm də idmançı idi. O, karate üzrə iki dəfə çempion olub. İdman həyatı ilə bağlı “Oğlaq bürcü” adlı film çəkilib.

***

Azərbaycanda ilk motosiklet sürən adamlardan biri də Yalçın Rzazadədir. Qəza keçirib ayağını sındırandan sonra motosikletlə vidalaşıb.

Təbiətcə sərt olan sənətkar bir neçə dəfə əlbəyaxa davaya düşüb. Müsahibələrinin birində deyir: “Bir dəfə də AzTV-yə konsertə gedirdim. Yağış yağmışdı, yol yaş idi. Avtomobilimin pəncərəsini açmışdım ki, şüşə tərləməsin. Bir bahalı maşında iki nəfər gəldi, yanımdan keçdi, suyu üstümə sıçratdılar. Mən yaxşı maşın sürürəm, hətta deyərdim, ustadam. Maşını sürdüm, arxalarınca. Gəldim, maşını onların avtomobilinin qabağına verib saxladım. Ona iradımı bildirdim, o da əli ilə mənə “get burdan” dedi. Artıq mən buna dözə bilməzdim, onun əllə elə davranışı mənə pis təsir etdi. Getdim üstünə, o da qapını açırdı ki, düşsün. Mən özümü yetirdim, qapını açdım, başını da qoydum qapının arasına. Vurdum, sürüşdü yerə düşdü.”

***

Maşın həvəskarı olub. Xarici ölkələrə gedəndə ordan oyuncaq maşınlar alar, kolleksiya toplayardı.

***

Son illər səhhətində ciddi problemlər yaranan Yalçın Rzazadə 2021-ci il fevralın 22-də vəfat edib.

news-inner-user

18072 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ancelina Coli keçmiş nazirin tablosunu satdı
18:01 02 Mart 2021
Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
17:20 02 Mart 2021
Xalq artistinə ağır itki üz verdi
17:13 02 Mart 2021
Aşıqlar dastan oxuyacaq
16:40 02 Mart 2021
Azərbaycan Türkiyə ilə müştərək filmlər çəkəcək - Rəsmi müqavilə imzalandı
15:58 02 Mart 2021
Ən gözəl tərbiyəsizlik: Bakıda divarlara yazılan "dastanlar" - Fotolar
15:16 02 Mart 2021
O film ilk sanballı ekran əsərimizdir – Anar yazır...
14:36 02 Mart 2021
Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi
13:40 02 Mart 2021
Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”
13:01 02 Mart 2021
Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
12:15 02 Mart 2021
Anar Kərimov Türkiyənin xarici işlər naziri ilə görüşdü
11:47 02 Mart 2021
Anar Yazıçılar Birliyinin qurultayının vaxtını açıqladı
11:27 02 Mart 2021
Atası gözünün qabağında öldürülən yazıçılar
11:02 02 Mart 2021
Berlin Film Festivalı başladı
10:23 02 Mart 2021
4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
09:32 02 Mart 2021
Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
09:03 02 Mart 2021
Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021
"Zirək Xorasanlı"nın bədii səyahəti - Qasım Qasımzadənin yazısı...
17:34 01 Mart 2021