Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu

Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
21 yanvar 2021
# 13:41

Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri müəyyənləşib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqəyə 321 əsər təqdim edilib.

53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə göndərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.

Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib.

Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

“Peşəkar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Ramil Əhməd “Şuşaya məktub”

Mina Rəşid “Vermərəm Qarabağı!”

Cəlil Cavanşir “Nostalgiyanın sonu: Biz qayıdırıq”

Hekayə janrı üzrə

Fərhad Kərimli “Bir qucaq torpaq”

Sevinc Nuruqızı “Ölərəm dərdindən, onu bil!”

Təvəkgül Boysunar “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Poeziya janrı üzrə

Balayar Sadiq “Şəhid məktubu”

Akif Azalp “Şəhid öygüsü”

Elçin Mirzəbəyli “Azərbaycan əsgəri!”

“Həvəskar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Müzəffər Müzəffərli “Üzümüzü ağ edən Qarabağ”

Elgiz Abbasov “Sen gedəli...”

Fidan Gözəlova “Qarabağ Azərbaycandır!”

Hekayə janrı üzrə

Tural Azimzadeh “Bozdar əfsanəsi”

Gülmirə Məmmədova “Snayper”

Şəbnəm Türbəndəzadə “Gopçu Mahir”

Poeziya janrı üzrə

Yusif Ərəbsoy “Zəfər simvolu”

Mülayim Hümmətova “Atalar və oğullar”

Qabil Əliyev “Çoxdandı Qarabağa belə payız gəlmirdi”

“10-15 yaş arası uşaqlar” kateqoriyasında

Esse janrı üzrə

Dilbər Rəfi “Qarabağdan namə”

Alpaslan Cahangir “Qarabağdan namə”

İsmayıl Qululu “Qarabağdan əsgər naməsi”

İsmayıl Miryusifzadə “Qarabağ”

Zəhra Rzayeva “Qarabağdan namə”

Hekayə janrı üzrə

Abdullah Hüseynli “Kaş ki, yuxum çin olaydı”

Mömünəxatun Məmmədova “Coşqun dəniz”

Aysu Əlisoy “Nə gözəldir ölmək bizə sevgili Vətən üçün”

Ömər Məmmədzadə “Sadəcə Elnur”

Səma Quliyeva “Ana, zəfər bizimdir”

Poeziya janrı üzrə

Ayan Əlyarlı “Şəkillərdən gördüyüm Qarabağ”

Nəzrin Cəlilova “Gəlin gedək Qarabağa”

Sadiq Qəzənfərli “Azəri oğlu”

Yeva Fərəcova “Vətən”

Sevindik Əliyev “Zəfərin nişanəsi”

Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim ediləcək.

Qısa müddət ərzində qaliblərin mükafatlandırılması Azərbaycan Respublikasında elan olunmuş xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.

# 4228 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər