news-inner
clock12:35 calendar-gray 20 Noyabr 2020 view-gray1827 dəfə oxunub
view-gray1827 dəfə oxunub

Rafiq Əliyev: “Ağdam mənim qibləgahımdır” – Söhbət

Kulis.az Ağdamın azad edilməsi ilə bağlı bu rayonda doğulan dünya şöhrətli alim, akademik Rafiq Əliyevlə söhbəti təqdim edir.

- Rafiq bəy, Ağdamın işğaldan azad edilməsi münasibətilə sizi təbrik edirik, gözünüz aydın olsun!

- Hamımızın gözü aydın olsun! Onu deyim ki, sizin saytınıza xüsusi rəğbətim və hörmətim var, həmişə də izləyirəm.

- Təşəkkür edirik. İstəyərdik, bizimlə təəssüratlarınızı bölüşəsiniz. Ağdamın azad edilmə xəbərini necə qarşıladınız, nə hisslər keçirdiniz?

- Azərbaycan bütövlükdə mənim vətənimdir, amma əsl vətən doğulduğun komadan başlayır. O komanın qədrini bilməyən adam millətin də, ölkənin də qədrini bilməyəcək. Bu mənada Ağdam mənim qibləgahımdır, Ağdam mənim Məkkəmdir.

- İşğal o yerlərə sevgini birə-beş artırdı. İnsdan itirdiyi şeyi daha çox sevir.

- Bu otuz ildə mənim üçün Ağdam ruhlar diyarı, ruhlar şəhəri olubdur. Ağdamı elə günə qoyublar ki, haqlı olaraq onu “Qafqazın Xirosiması” adlandırırlar. Ancaq nə gözəl ki, bu gün Ağdam azaddır.

- Ağdam həm də ən çox şəhid verən rayonumuzdur. Bu mənada onun qayıdışının mənası lap artır.

- Bəli, Birinci Qarabağ müharibəsində Ağdam ən çox şəhid verən rayonumuz oldu. Buna görə də ilk növbədə mənim sevincim, qürurum onunla əlaqədardır ki, Ağdamın verdiyi 6 min şəhidin, 16 Milli Qəhrəmanın ruhu şaddır...

- Üstəlik alimlər, sənətkarlar diyarı...

- Xudu Məmmədovun ruhu şaddır, Famil Mehdinin, Şahmar Əkbərzadənin ruhu şaddır. Bu adlarını sadaladığım şəxslər elə Qarabağ dərdiylə dünyasını dəyişdilər.

- Elədir...

- Onu da deyim ki, bəzi şərqilərdə Ağdamı Qarabağın “Toy evi” adlandırırlar və vaxtilə belə bir mənfur fikir var idi ki, bir tərəfdən oxuyanlar çıxar, digər tərəfdən məmurlar, amma Ağdam təkcə toy evi deyil. Ağdamın çox böyük ziyalıları, elm adamları, yazarları, şairləri var. Mələsən, Nobel mükafatçısı Con Bernal ilə çiyin-çiyinə işləmiş Xudu Məmmədov, böyük fizikimiz Lətif İmanov, böyük tibb professoru Ədilə Namazova, böyük filosofumuz Ziyəddin Göyüşov, mənim şagird yoldaşım filosof, professor Zakir Məmmədov, Xalq yazıçısı Bayram Bayramov, Famil Mehdi, Zakir Fəxri, Şahmar Əkbərzadə, böyük dramaturqumuz Əli Əmirli və başqa adlarını saya bilmədiyim neçə ziyalılar yetişdirib Ağdam. Allah sağ olanların canını sağ eləsin, indi sevinirlər, dünyasını dəyişənlərin də ruhu şaddır.

- Bu qələbənin əsl mənası nədir bizim üçün?

- Ən əsası, düşünürəm ki, ordu və xalqın birliyi ilə təkcə torpaqlarımızı azad etmədik, həm də kirlənmiş şərəfimizi təmizlədik. Bu qələbə əsl zəka müharibəsi oldu. Həm təbii zəka müharibəsi, həm də süni zəka müharibəsi. Mənim elmi ixtisasıma uyğun olduğu üçün belə deyirəm. Təbii zəka ona görə deyirəm ki, bu Vətən müharibəsi öncə masa arxasında müzakirə olundu və həll edildi. Müasir silahlarımızla aparılan savaş isə süni zəkanın, süni intellektin müharibəsi idi.

- Sizcə, Ağdam köhnə ehtişamını nə qədər müddətdə qaytara bilər?

- Bunun üçün bizim iqtisadiyyatımız da, iradəmiz də imkan verir. Yəqin bilirsiniz, mənim əsas ixtisasım qeyri-səlis məntiqdir, amma burada dəqiq rəqəm deyə bilməsəm də, məncə, Ağdamı köhnə vəziyyətinə qaytarmaq uzağı dörd-beş il çəkər.

- Biz həm də oranı mədəniyyət, elm mərkəzinə çevirməliyik. Həm də daha qlobal anlamda...

- Bunun üçün ilk olaraq məktəblərimizi, təhsilimizi bərpa etməliyik. İkinci addım olaraq orada ali məktəb aça bilərik. Bildiyiniz kimi, vaxtilə Ağdamda institut fəaliyyət göstərirdi. Ağdamda Qarabağ Universiteti yaratmaq olar. Universitet elmi-mədəni mühit deməkdir. Biz o mühiti tək Ağdam üçün yox, bütün Qarabağ üçün yaratmalıyıq. Bir də ki, adını çəkdiyim ziyalılarımız və yeni yetişən gənc nəsil Ağdama, Qarabağa qayıdıb oradan ayaqlarını üzməməlidir.

- Son olaraq, rus sülhməramlılarının Qarabağa gəlməsi bəzi insanların narahatlığına səbəb olub. Siz bu haqda nə düşünürsünüz?

- Biz birinci masada qalib gəldik və ümid edirəm ki, ikinci masada da qalib gələcəyik.

Oxşar xəbərlər

Xəbər lenti

İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020
"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020