Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir 

Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir 
15 iyul 2020
# 10:14

Mən Füzulidə xidmət etmişəm, cəbhə bölgəsində. Çətin şəraitdə, bəzən yuxusuz gecələr keçirə-keçirə.

Bir zabitimiz vardı, əsgərlə əsgər kimi davranan, öz rütbəsinin eqosunu yaşamayan zabit idi. Bizimlə insan kimi, dost kimi, qardaş kimi davranırdı.

Bir gün onu başqa yerə təyin etdilər.

Əsgərlər, hamımız, hətta onun əsgəri olmayan hərbi qulluqçular yığışdıq başına.

Hamı ağlayırdı.

Hamı.

İlk dəfə əsgərlərin zabit üçün ağladığını görürdüm.

Qəribə hislər keçirmişdim.

Bilirəm, belə zabitlər hər yerdə var. Onlar əsgər üçün canlarından keçər.

Aprel şəhidi polkovnik-leytenant Raquf Orucov da elə biriydi.

Yenicə şəhid olan general-mayor Polad Həşimov da.

Hər dəfə haqqında xoş sözlər yazılırdı.

Onun əsgəri olmuş yazar Nicat Həşimzadə xatırlayır:

"Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi...

...Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi."

Aprel döyüşləri vaxtı göstərdiyi şücaətə görə ona ev verilib. General evi şəhid ailəsinə bağışlayıb.

Mən də əsgər olmuşam və belə zabitlər əsgər üçün nə məna daşıyır, onu yalnız xidmətdə olanlar anlayar.

Xidmət vaxtı sənə qardaş kimi münasibət göstərən, səninlə eyniləşən biri heç vaxt unudulmur.

Onun məqamı başqadır.

Belə adamların itkisi də çox ağır olur.

İtki belə çox zəif səslənir burda.

Bizə doğma olan zabitlər belə tez getməsin aramızdan.

Belə doğma ikən getmə, komandir!

# 11084 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #