“Oğlum bilir ki, anası əxlaqsız olmayıb” – Fədayə Laçın

“Oğlum bilir ki, anası əxlaqsız olmayıb” –  Fədayə Laçın
13 noyabr 2019
# 14:00

“İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama”.

Kulis .az xəbər verir ki, bu sözləri bu günlərdə həbsdən azad olan müğənni Fədayə Laçın Tarix Əliyevin "Youtube" layihəsi olan "Tolik ilə səmimi" layihəsində deyib. Məhbusluq həyatından bəhs edən müğənni oğlu ilə bağlı nüanslara da toxunub:

“Haqqımda yayılan söz-söhbətlərə görə çox pis oldum təbii ki. Əslində hər şey heç də yazılanlar kimi deyildi. Amma nə edə bilərik ki yazırlar də... Əlhəmi düşünürdüm, amma qətiyyən narahat deyildim ki, baş verənlərdən təsirlənib özünə qəsd edə bilər. Düzdü özünə qapanıb, pis olub. Amma intiharı əlsa düşünəcək bir uşaq deyil. Bilirdim ki, Əlhəm ağıllı, səbirli, təmkinli insandır. Dərrakəsi yaşına uyğun deyil. Ona görə də əmin idim ki, o, bu şeyləri qəbul edə biləcək.

Həbsxanaya görüşümə gələndə də mənə nə isə deyib utandırmadı. Amma hələ də onunla danışa bilməmişik. Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm".

# 2660 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
# # #