"Azdrama"da “Qarabağnamə” tamaşası nümayiş olunacaq

"Azdrama"da “Qarabağnamə” tamaşası nümayiş olunacaq
31 mart 2016
# 15:46


Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

# 2137 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər