Hansı xalq artistləri İsa Hüseynovu oxumayıb? - SORĞU

Hansı xalq artistləri İsa Hüseynovu oxumayıb? - <span style="color:red;">SORĞU
13 yanvar 2016
# 14:03

Kulis məşhur xalq artistləri arasında “İsa Hüseynovun hansı əsərini oxumusunuz?” - mövzusunda sorğu keçirdib. Cavabları təqdim edirik.

Rəfail Dadaşov

- Əsərini niyə oxumalıyam ki? Filmlərdən tanıyıram.

Zemfira Nərimanova

- Bu, “Nizami”, “Nəsimi”, “Ulduzlar sönmür” filmlərindəki İsa Hüseynovdursa, ordan tanıyıram. Heç bir əsərini oxumamışam.

Cəfər Namiq Kamal

- Yadımda deyil.

Afaq Bəşirqızı

- Məktəb vaxtı oxumuşam. O vaxtı “Bizim qızlar” əsəri yadımdadır, sadəcə onun mövzuya qazaxlı kimi yanaşması xoşuma gəlmədi. Bu yaxınlarda “İlan dərəsi”ni oxudum, fəlsəfi-psixoloji əsər idi, çox dərin yazdığı üçün yaxşı anlaşılmırdı. Bir də “Teleqraf” povesti yadıma düşür. Amma onu deyim ki, İsa Hüseynov mənim stolüstü yazıçım deyil.

Nurəddin Mehdixanlı

- “İdeal”, “Məhşər”, “Şəppəli”, “Saz”. Çox əsərini oxumuşam.

İlham Namiq-Kamal

- Bütün əsərlərini oxumuşam. Məni imtahana çəkməyin.

Ramiz Məlik

- “İdeal” romanını o vaxt bir az oxudum, sonra xəstələndim, yarımçıq qaldı.

Ramiz Novruz

- Demək olar ki, bütün əsərlərini oxumuşam. “İdeal”, “Məhşər”, “Saz”, “Kollu Koxa”, “Şəppəli” povestləri.

“Bir azdan zəng edərsiniz” – deyən Firəngiz Mütəllimova sonrakı zənglərimizə cavab vermədi.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər