Marqaret Tetçeri “qətl”ə yetirən yazıçı tənqid olundu

Marqaret Tetçeri “qətl”ə yetirən yazıçı tənqid olundu
24 sentyabr 2014
# 11:17

İki dəfə Buker mükafatı almış Britaniya yazıçısı Hilari Mantel fentezi janrında yazdığı əsərinə görə konservativ siyasətçilər tərəfindən kəskin tənqidlərə məruz qalıb. Kulis.Azın məlumatına görə əsərdə Marqaret Tetçerin 1983-cü ildə İrlandiya Respublika Ordusu tərəfindən öldürməsi təsvir edilib.

Qatil Tetçerin gözlərinin əməliyyat olduğu klinika ilə üzbəüz binada yaşayan qadının mənzilinə girir və onun yataq otağından baş naziri qətlə yetirir.

“Marqaret Tetçerin qətli” adlı kitab sentyabrda satışa çıxacaq. “The Guardian” yazıçı ilə müsahibə yayımlayıb. Yazıçı deyib ki, 1983-cü ildə Tetçerin müalicə aldığı klinika ilə üzbəüz binada yaşayıb və onu bağçada gəzərkən görüb.

Mantel etiraf edir ki, antiqadınlığın təcəssümü olan Tetçerə həmişə mənfi münasibəti olub.

“The Daily Telegraph” qəzeti hekayəni yayımlamaqdan imtina edib.

Tetçerin yaxın dostu və keçmiş piar məsləhətçisi Tim Bell deyib ki, əgər kimsə kiminsə qətlini arzulayırsa bunu polis araşdırmalıdır. Mantel həkimə müraciət etməlidir.

Yazıçı bildirib ki, bu fikirləri əsaslandırılmamış sayır. O, izah edib ki, hekayəsində Tetçerin insanlarda nədən güclü emosiyalar doğurduğunu analiz edib.

# 2999 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər