Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu
10 dekabr 2024
# 17:56

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 90 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə muzeyin fondunda qorunan və əməkdaşların hazırladığı eksponatlardan ibarət videoçarx nümayiş olunub.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxışında Azərbaycan milli peşəkar teatrının tarixi haqqında məlumat verib. Teatr Muzeyinin keçdiyi inkişaf yolundan, bugünkü fəaliyyətindən, habelə planlarından söhbət açan direktor qurumun mədəniyyət ocağı olması ilə yanaşı, həm də elmi-tədqiqat sahəsinə də töhfələr verən unikal müəssisə olduğunu deyib.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin kütləvi işlər üzrə müdiri Əfsanə Güləhmədova muzeyin rəhbər heyətinə fəxri fərmanlar təqdim edib.

Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, İlham Rəhimli, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar mədəniyyət işçiləri Zərifə Məlikova, Qəmər Seyfəddin qızı, Alla Bayramova, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı muzeyin ictimaiyyət arasındakı nüfuzunu vurğulayıblar.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları bədii kompozisiyalar təqdim ediblər.

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər