İlhamə Elşadqızına hökm oxundu

İlhamə Elşadqızına hökm oxundu
24 sentyabr 2025
# 13:45

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Kulis.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub.

Sənədlərin tədqiqi zamanı təqsirləndirilən şəxsin saxlanılması, evində aparılan axtarışı əks etdirən videogörüntülər nümayiş olunub.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

“TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

# 1255 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər